"Qara süd" romanı Elif Şəfəqdən oxuduğum ikinci roman oldu (Birinci "Eşq"i oxumuşdum). Etiraf edim ki, yazıçı bu dəfə də məni təsirləndirməyi bacardı. Əsəri oxuduqca artıq ana olmuş yazıçıların analıq-yaradıcılıq yolunda qarşısına çıxan problemlərin ortaqlığından, tanışlığından təsirlənməyə bilməzdim. Bu mənada Əlif xanım o qədər yaxın, o qədər doğma gəldi ki, bir ara əlaqə qurub söhbətləşmək istəyi keçdi içimdən. Amma söhbətə ehtiyac varmı? Əsərləri danışar yazıçıların yerinə. Oxucular da əsərlər vasitəsilə söhbət edərlər onlarla. Elif Şəfəqin avtobioqrafik əsəri olan "Qara süd" romanı yazıçının qızının dünyaya gəlişindən sonra düşdüyü postnatal depressiya nəticəsində heç bir şey yaza bilmədiyi on aylıq həyat dövründən bəhs edir. Bu, bir çox yeni ana olmuş qadınlarda baş verən vəziyyətdir. Uşaq dünyaya gəldiyi ilk 10 gün içərisində "Analıq hüznü" (bəzi mənbələr zahılıq, lohusallıq) dediyimiz duyğuların yaşanmasıdır. Həmin dövr bəzi analada qısa sürsə də, ağırlaşma hallarında bir ilə qədər davam edə bilir. Narahatlıqlar iki həftədən çox çəkərsə, artıq doğuş sonrası (Postnatal) depressiyadan şübhələnməyə əsas var. Ana müalicə almalıdır. Bütövlükdə, əsər çox faydalı əsərdir. Çünki yazıçı öz təcrübəsindən yola çəxaraq depresiiya keçirən analara bu vəziyyətin nəinki səbəblərini və gedişatını, eyni zamanda çıxış yollarını, müalicəsini də göstərib. Xoş mütaliələr! ✿✿✿✿✿✿✿ Şafak’ın ilk otobiyografik romanı olduğunu belirttiği “Siyah Süt”, yazarın kızının doğumundan sonra girdiği post-natal (doğum sonrası) depresyon sonunda, hiçbir şey yazamadığı 10 aylık süreyi anlatıyor. Yeni anne olan bir kadın yazarın, annelik-yaratıcılık ve kendi yazarlık serüveniyle olan iç hesaplaşmasını konu alan roman, diğer Elif Şafak romanlarından farklı olarak yazarın iç seslerine dair ipuçları da veriyor. #elif#elifsafak#elifshafak#siyahsüt#kitap#kitab#oxu #kitapkurdu #okumasevdası #çokokuyanbilir#tavsiyekitap #okumazamanı #okudumbitti #kitapeleştirisi #ceylanmumoğlu #mumogluceylan #shafakelif #kitabsevərlər














