I Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir. Peyğəmbərimiz (s) bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunə olmuşdur. Bütün əməlləri və sözləri Qurana uyğundur və bunların bəziləri dövrümüzə qədər gəlib çatmışdır. Hədis adı verilən bu sözlərin bir hissəsi Quranın göstərişlərini əks etdirir. Buna görə də onların Peyğəmbərimizə (s) aid olduğu məlumdur və səhihdir. Xüsusilə Axırzamana işarə edən bir çox hədis heç dəyişmədən qalmış, həmin hədislərdə gələcəkdə baş verəcək fövqəladə hadisələrdən bəhs edilmişdir. Bu hədislər dövrümüzdə bir-bir reallaşmağa davam edir. 1400 il əvvəl bildirilən Lulin quyruqlu ulduzunun keçməsi, Əfqanıstanın işğalı, İraq müharibəsi, 11 sentyabr kimi bəşər tarixində bir dəfə olan hadisələr baş vermişdir. Peyğəmbərimizin müjdələri bizim üçün çox qiymətlidir. Bu da onu göstərir ki, hədislərin hamısını rədd etməməliyik, səhih olanlarını müjdə və nemət olaraq görməliyik. Ancaq bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən, Peyğəmbərimizin (s) sözlərinə və əməllərinə heç uyğun gəlməyən bəzi açıqlamalar dövrümüzdə hədis kitablarında yer alır. Bu sözlərin səhih hədislərdən ayırd edən xüsusiyyəti Qurana tamamilə zidd olmasıdır. Qurana zidd olan söz və əməllərin Peyğəmbərimizə (s) aid olması mümkün deyil. Quranın nazil olmasından sonrakı əsrlərdə Peyğəmbərimizin (s) bəzi əməlləri və sözləri hədis olaraq bir yerə toplanmışdır. Hədislərin hicri 2-ci əsrdən etibarən yazılmağa başlandığı zənn edilir. Həmin hədislərin bir hissəsi qorunmuşdur. Bir hissəsi isə uydurulmuş və sonrakı dövrlərə tamamilə yanlış ötürülmüşdür. Daha əvvəl də açıqladığımız kimi, bir hədisin, həqiqətən, Peyğəmbərimizin (s) sözü və ya əməli olub-olmadığını bilmək üçün Qurana baxmalıyıq. Əgər bir hədis Qurana uyğun gəlirsə, deməli, doğrudur. Əgər gələcəyə işarə edən bir hədis reallaşırsa, yenə də doğrudur. Lakin həmin hədis Qurana ziddirsə, tərəddüd etməyə gərək yoxdur və hədis heç cür doğru qəbul edilə bilməz. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #xurafat #hurafe #batil #bidat #məzhəb #mezhep https://www.instagram.com/p/CThDMxWs0Je/?utm_medium=tumblr












