Distopiya, azad iradə, şiddət və cəmiyyət. Dövlət və fərd arasındaki əlaqə.
Bütün bu başlıqlar altında qısa A Clockwork Orange (Mexaniki Portağal).
Mexaniki Portağal 1962-ci ildə İngilis yazar Anthony Burgess(1917-1993) tərəfindən qələmə alınan və hadisələrin gələcəkdə cərəyan etdiyi DİSTOPİK romandır. Burgess romanı yazarkən şəxsi həyatında baş vermiş ağır itkidən, həyat yoldaşının hamilə olduğu vaxtda(1944-cü il) Amerikalı əsgərlər tərəfindən şiddətə məruz qalması nəticəsində uşağını itirməsindən təsirlənmişdi və bu səbəbdəndir ki, romanda ağır şiddət nümunələri vardır. Burgess, dövrün avtoritar hökumətlərindən və sosial nəzarət ideologiyalarından narahat idi. Soyuq müharibə dövründə totalitar rejimlər və beyin yuma texnikaları haqqında müzakirələr geniş yayılmışdı. Romanda bəhs edilən LUDOVİCO METODU da bu narahatçılığı və o dönəmdə yayılan müzakirələri simvolizə edir.
Kitab Qanun Nəşriyyat tərəfindən Azərbaycan dilində nəşr edilib.
Distopik cəmiyyət qüsurlu, basqıcı və insanlıq üçün bütünlüklə zərərli cəmiyyəti ifadə edir. Distopik cəmiyyətlərdə elmin və texnologiyanın inkişafı zərərli ola bilir. Beləki, bu cəmiyyətlərdə çoxvaxt avtoritar rejimlər, totalitar hökumətlər, basqıcı qayda qanunlar vəya şəxsi azadlıqları məhdudlaşdıran nəzarətçi rejimlər olduğu üçün, hökumətlər elm və texnologiyadan yalnış istifadə edə bilirlər. Bu cəmiyyətlərin əsas xüsusiyyətləri hüquqi bərabərsizlik, fərdlərin cəmiyyət tərəfindən idarə edilməsi vəya istismar edilməsi kimi özünü göstərir. Nəticədə ortaya çökmüş cəmiyyət çıxır, bu çökmüşlük özünü iqtisadi bərabərsizlik, “sosial zülm”, çox vaxt da ətraf mühitin məhv olması kimi nüanslarla göstərir. Bir sözlə sosial ədalətsizlik, təzyiqlər(cəmiyyət tərəfindən) və bir sıra mənəvi dəyərlərin sıradan çıxması.
Bunun tam əksi isə Ütopik cəmiyyət sayılır. Bu cəmiyyətdə insanlar bərabər hüquqlara, azadlıqlara və sosial rifaha tam olaraq sahib olurlar. Ütopik cəmiyyətlərdə sosial, siyasi və iqtisadi sistemlər ədalətli, hər kəsin ehtiyaclarını qarşılayan və insanların xoşbəxtliyini təmin edən şəkildə işliyir.
Qayıdaq Burgessin yaratdığı distopik cəmiyyətimizə. Bu cəmiyyət qeyd etdiyim çökmüş cəmiyyətlərdəndir hansı ki, artıq şiddət və cinayət bu cəmiyyətdə gündəlik həyatın parçası halına çevrilib. Gənclər arasında cinayətkarlıq çox yüksəkdir və cinayət törətmək bir növ əyləncə və güc nümayişi kimi görülür. Əsas qəhramanımız Alex də bu gənclərdəndir. Alex və Drooglar( orijinalında droogs, Burgess bu adı Rusca Druq sözündən təkmilləşdirib) adını verdiyi dəstəsi, cəmiyyətin çürümüşlüyünü və gənclərin cinayətə necə sövq edildiyini simvolizə edir. Əsas personaj Alex(Alexandr DeLarge) 15 yaşında, şiddət və cinayətə meyilli olan bir gəncdir və dəstənin rəhbəridir.
Ailəsi(ata və ana) ilə birlikdə yaşasa da ailəsi ilə münasibətləri çox soyuqdur. Ailəsi tərəfindən laqeyd münasibətə məruz qalır və nəticədə daha çox dostları(dəstəsi) ilə vaxt keçirir. Alex dəstə üzvləri üzərində böyük təsir gücünə sahibdir və onları şiddətlə yönləndirir. O həm də özünü digərlərindən üstün hiss edir. Bu nöqtədə personajımız Kibri simvolizə edir deyə bilərik.
📍Dəstənin yaxşı üzvü Pete dəstədə yeganə şəxsdirki, şiddətə qarşı çıxır və dəstənin
fəaliyyətlərindən narazıdır. O zamanla dəstədən ayrılır və cəmiyyətin normalarına daha yaxın bir
həyat tərzi sürməyə başlayır.
📍Dəstənin saf ama şiddətə meylli üzvü Georgie Alexə qarşı sadiqliyi ilə özünü göstərir. O, şiddət və cinayətə qarşı heç bir əxlaqi tərəddüd etmədən Alexin rəhbərliyində hərəkət edir və hər zaman şiddətə meyllidir.
📍Dəstənin ən kobudu, şiddətə meyllisi Dim, digərləindən daha kobud və daha təhsilsizdir. İlk
zamanlarda Alexin göstərişlərini sorğu sualsız yerinə yetirən Dimin içindəki Alexə sadiqlik zamanla azalır və Alexə qarşı inamsızlıq yaranır, artıq Alexin rəhbərliyinə etiraz etməyə başlayır.
Bir zaman sonra Dim və digər üzvlər Alexi satmaq qərarına gəlirlər. Karo(ona qarşı şiddət və işgəncələr edirlər) adlı yaşlı qadının evində hərzamanki kimi öz şiddət və cinayət oyunlarını oynadıqları zaman vəziyyət dəyişir və Dim polisə xəbər verir. Polis Alexi həbs edir 14 il həbs həyatı çəkir bu müddət ərzində onu özünün də seçimi ilə Ludovico metodu ilə müalicə edirlər.
Ludovico metodu Burgessin romanında yer alan psixoloji müalicə üsuludur, real həyatda belə bir metod yoxdur(dərinlərdə bəlkə də vardır, bilmirik). Bu, dövlətin Alexin azad iradəsini məhdudlaşdırmaq və onu şiddətdən “təmizləmək” üçün tətbiq etdiyi eksperimental bir metoddur. Ludovico metodunun əsas prinsipi, şiddətə qarşı aversion(rəğbət itirmə) yaratmaqdır. Metodda ilk öncə Alexə kimyəvi məhlul verilir, bu dərman onun mədəsini və bədənini həddindən artıq həssas edir və ciddi bulantı və ağrı yaradır. Daha sonra film izıətmə senansları başlıyır. Şiddət, təcavüz, qorxu dolu filmlər izlədilir və gözünü bağlamasına qarşı göz qapağını açıq saxlayan xüsusi cihazdan istifadə edirlər. Eyni zamanda bu şiddət səhnələri Alexə izlədilərkən onun ən sevdiyi musiqi olan 9-cu simfoniya(Ludwig van Beethoven) da səsləndirilir ki, bu da nəticədə Alexin ən sevdiyi musiqidən nifrət etməsinə səbəb olur. Bütün bu seansların nəticəsində Alex şiddəti düşünəndə belə ağrı və ürək bulantısı hiss edir. Bəzən biz hiss etməsək də, şüuraltımız hiss edir ki, filmi izlədiyimiz zaman bu metodun işləmə prinsipi ilə yaxından tanış oluruq.
Bu metodun tətbiq edilməsindən sonra Alex azadlığına qovuşur və psixoloji olaraq əlil buraxılmış vəziyyətdə cəmiyyətə ayaq uydurmağa çalışır, bunu bacarmasa da. Romanın çatdırmaq istədiyi sosial fəlsəfi mesaj, cəmiyyətin insan təbiətinə və azad iradəsinə müdaxiləsinin nəticələri və daha çox fəsadlarıdır. Şiddət, azad iradə, dövlətin müdaxiləsi və humanizm kimi əsas
məsələlər müzakirə edilir. Burgess, insanın öz iradəsi ilə hərəkət etmək haqqını qorumağın vacibliyini vurğulayır və cəmiyyətin bu iradəyə müdaxilə etməsinin necə ciddi etik nəticələri olacağını göstərir. Roman həmçnin, insanların dəyişə biləcəyini, lakin bunun yalnız öz seçimləri və iradəsi ilə mümkün olduğunu bildirir.
Film romanın yazılmasından 9 il sonra 1971ci ildə lentə alınıb. Çox sevimli mərhum rejissor Stanley Kubrick imzası daşıyan film romandakı orijinallığa sadiq qalıb, romandan çox da kənarlaşmadan bizə 136 dəqiqəlik bir sənət əsəri izlədir.
Filmin texniki tərəflərindən kamera və görüntü texnikaları Kubrick fərqini orataya qoyur, misal üçün şiddət səhnələrinin yavaşladılmış çəkilməsi, xüsusilə şiddət səhnələrində, Alexin gözündən çəkimlər vəsair. Kubrick bizə simvolizmlərlə zəngin bir film izlədir. Şiddəti və mədəniyyətin çürüməsini bizə xırda ama önəmli simvollarla vəya rəng keçidləri ilə
çatdırır. Nəticə olaraq film, hekayənin emosional təsirini bütün texniki vasitələrlə gücləndirilmiş şəkildə daha da artırır. Filmdə ən sevdiyim tərəflərdən biri də musiqilər idi, klassik musiqi ilə “sintezator” musiqisini harmoniya ediblər(bəstəkar Wendy Carlos) və xüsusilə Alexin törətdiyi şiddət səhnələrində 9-cu simfoniyadan istifadə edilməsi, izləyiciyə bütün tərəfləri ilə sanki bunu Beethovenin Alex personajı üçün yazdığını göstərir. Son olaraq filmin mənim ən sevdiyim yeri introsudur. Səhnə açılanda girən musiqi və planın genişlənməsi artıq məni nələrin gözlədiyindən xəbərdar edir və daha da həvəslə gözlüyürəm gedişatları.
Romanı oxumuşdum bir neçə il öncə, yuxarıda da dediyim kimi film romandan çox da uzaqlaşmıyıb,
hətta demək olarki birəbirdir. Xoş izləmələr.