Həqiqətimi görə bilmirəm. .. Tez-tez özümə tamaşa etmək üçün ayna önündə dursam da zahirimdəki dəyişən cizgilərdən savayı bir şeylərin fərqini hiss edə bilmirəm. İlahi, bundan əzablı nə ola bilər axi !? Sürətpərəstlər aləmində sürətlə hərəkət edən buludlar kimi öz dəryalarıma qovuşmaq üçün qaçıram. Mənbəyi saf, göz yaşı kimi pak olan əbədi axar sularla bir olmaq, ümmanlarında ənginliklərə dalmaq eşqi ilə çırpınır içimdəki məhbus ruh. Eşqin gücü ilə ümid olunur ki, mənzilə və məqsədə yetişərik.
Özünü tapa bilməyən bir qul, öz ağasını necə tapar !?
Məqsədini təyin etməyən yolçu hansı səmtə getsə də azmışdır.
Eşqin açarlarını əlində tutan lakin Eşqin şəhərinin harada yerləşdiyini, qapısının hansı olduğunu bilməyən Aşiq sayılmaz!
Qəlbi yanmayan, göynəməyən yerində qovrulmaz!
Gecənin qaranlığında gözünün şor sularından yuxuya gedə bilməyən sima ağ günə çıxmaz....
12 Noyabr 2020 /Cümə














