MƏN DƏRD-QƏMİMİ YALNIZ ALLAHA AÇIB SÖYLƏYİRƏM Bu dünyaya imtahan üçün gəlmişik.. Bu imtahanımızın nə olduğu bizlərə bəlli deyildir. Nemətlər içində yaşayıb şükrünü verməyən də qəflətdədir, hüzn içində yaşayıb səbr etməyən də. Bizə düşən odur ki, hər iki haldan hansı biri ilə imtahan olunsaq imtahanımızdan qafil olmayaq. Hər kəsin düşdüyü vəziyyəti ilə, ata - anası ilə, övladı ilə, həyat yoldaşı, dostları və s. ilə bağlı problemləri olur . Və bu problemləri bölüşmək üçün dostuna, müəlliminə və ya hər hansı bir məscid imamına, hocaya üz tutur. Bir çox hallarda bunu yararı da olur. Lakin onlar sadəcə təsəllidən başqa heç nə bacarmırlar. Normaldır. Çünki onlar da, sənin kimi yaradılmış və aciz insanlardır. Bəs nə etməli ?! (Yaqub) onlardan üz döndərdi və: 'Heyf Yusufdan!'– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, (dərdini öz içində) saxlayırdı. Onlar dedi: 'Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda əldən düşəcək, ya da öləcəksən'. O dedi: 'Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram. Yusuf surəsi 84-86-ci ayələr. Bu ayələrdən göründüyü kimi oğlu Yusuf aləyhissələmi itirən Yaqub aləyhissələm kədərdən gözlərinə ağ gələcək hala düşür. Ancaq bunun Rəbbinin imtahanı olduğunu dərk edir. Fəryad etmir. Hətta ona təsəlli verən oğlanlarına "'Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm" deyə cavab verir. Əslində Rəbbimiz bu qissəni və bu cavabı Qiyamətə qədər qorunacaq olan kitabında bizlərə çatdırır. Hamımız insanıq peyğəmbər belə olsaq insanıq . Diqqət çəkən odur ki, Allah subhanəhu təala Yaqub aləyhisələmin üzülməsinə qadağa qoymur, onun imtahanının fərqində olub verdiyi cavabı bizlərə çatdırır. Çünki yaratdıqlarına bu duyğunu verən Odur. Bizə düşən odur ki, hüznlü belə olsaq bunun Rəbbimizdən gəldiyini dərk edərək dərd-qəmimizi yalnız və yalnız Ona bildirək. Bu halımızda Ona yönəlib istəməyimizi elə Rabbimiz bizlərdən istəyir . Onsuz da Ondan başqa bizə kim yardım edə bilər ki ?!... ____ Bu yazını paylaşmağı unutmayın.. Dostlarını bu yazıya tag edin.. Bizi instagramda da izləyin @gncmslm










