Cinayətkar
Bu gün bir cinayətkarı ifadə edən xüsusiyyətlər və xüsusiyyətləri təstiqləyən bir sıra real faktlardan danışmaq istəyirəm. İlk növbədə bir cinayətkar üçün hər zaman o cinayəti işləməyə bir səbəb vardır. İstənilən cinayətkar törətdiyi əməl üçün əsaslı bir səbəb tapacaqdır. Bu səbəbin başqaları üçün əsaslı yaxud əsassız olması önəmli deyil. Əsas cinayətkarın özü üçün önəmlidir. Çünkü nə olursa olsun cinayətkar törətdiyi əmələ görə səbəb sahibidir. İkinci olaraq, bütün insanlar cinayətin sadəcə fiziki olaraq silahla yaxud buna bənzər zərərverici alətlərlərlə törədildiyini sanır. Bəli, “sanır”. Dünyada silahsız adam öldürən minlərlə cinayətkar var. Çünkü bir insanın ruhunu, ürəyini öldürmək də bir cinayətdir. Və mən çox rastlaşmışam belə cinayətkarlarla. Və son olaraq, hər cinayətkar mütləq cinayət yerinə görə dönər. Araşdırmalar göstərir ki, bir çox cinayətkar özünü bu cür ələ verib. Cinayətkarın cinayət yerinə geri dönməsi onun peşman olması anlamına gəlmir. Sadəcə öldürdüyü insanın hələ də yaşayıb yaşamadığını kontrol etmək istəyir. Əgər yaşayırsa, öldürəcək yenə. Və bütün bunları təstiqləsən bir sıra praktik dəlillər var. Məsələn məndən soruşsalar “sən cinayətkarsan? yoxsa qurban” - heç çəkinmədən cinayətkar deyərdim. Və öz üzərimdən bütün bu deyilənləri təstiqləyərdim. Bəli cinayətkaram, çünkü bu günkü “mən”-i yaşatmaq üçün bir sürü “mən”öldürmüşəm. Demişdim, hər bir cinayətkarın səbəbi vardır deyə. Niyə cinayətkar olduğumu elə ilk cümlədən səbəblə açıqladım. Hər cinayət silahla işlənmir demişdim. Mən də mənlərimi öldürərkən heç bir silah istifadə etmədim. Bütün mənlərimi, bütün ruhlarımı silahsız öldürdüm. Və sonda dediyim kimi bəzən cinayətkar olaraq cinayət yerinə geri dönürəm. Çünkü bəzən mənlərdən birinin hələ də yaşadığını hiss edirəm. Kontrol etmək üçün geri dönürəm. Əgər hələ də yaşamağa çalışan bir mən varsa onu öldürərəm. Bütün cinayətkarlar belədir. Əgər nə vaxtsa bir cinayətlar qurbanını ziyarət edərsə, bu onu bir daha öldürmək üçündür. Çünkü bir dəfə cinayət işləyən cinayətkar bunu təkrarlayacaqdır. Və əlavə olaraq, heç bir cinayətkar ardında yaşayan bir qurban buraxmaq istəməz və heç bir cinayətkar əsla peşman olmaz.












