valideynlərin “rəssamlıq sənət deyil” dedi deyə ayrı ixtisası seçdin. lakin işindən zəhlən gedir hər sabah özünü yataqdan qalxmağa vadar edib, aid olmadığın yerə getməyə məcbur qalırsan.
dost-tanışın “ o sənə uyğun biri deyil” dedi deyə “uyğun” saydıqlarıyla münasibət qurdun. evləndin, övladın da oldu, ancaq xoşbəxt deyilsən. başqalarının sənə seçdiyi rolu oynamaq günü gündən daha ağır gəlir.
“bacarmazsan” dedilər deyə ruhdan düşüb, arzundan vazkeçdin. indi isə hər gün səndən qat-qat bacarıqsızların bacardığını izləyirsən. düzdü həyatın davam edir, lakin bir yanın əskik..
kimsə istədiyi həyatı yaşamır maləsəf, çünki biz insanlar hamıya inanırıq, özümüzdən başqa

















