Dünya çox maraqlıdır
Baxırsan ki, ətrafdakı insalardan bəzilərinin keçdiyi yolu nə vaxtsa sən də keçmisən. Bu sənin əvvəllər Universitet oxuduğun, onunsa indi oxuduğu kimi bəsit bir şey deyil, misal üçün onun məktəb vaxtı dostlarıyla yaşadığı münasibət, qarşılaşdığı problem kimi spesifik, daha dəqiq bir şeylərdir. Duyğu, inanc və s. bu yönümlü. Və o hissləri keçirdiyim üçün, həmin insanın həyat oyununda hansı leveldə olduğunu müəyyən edə bilirəm.
Əvvəllər qıt bilgimlə insaları doğru yola gətirmək üçün hər vəchlə cəhd edirdim. Ancaq indi dediyim kimi, onları keçdiyim levellərdə görsəm belə sonrakı levellərdən necə deyərlər spolier vermirəm, bəzən bunu etmək çətin olsa da, nəticədə demirəm bir kəlmə də. Əgər özü soruşarsa, növbəti mərhələyə keçidə hazırdır ya da ən azından gələcəkdə hazır olacağı üçün təbii ki, deyərəm öz təcrübəmdən. Əks halda isə bir kəlmə belə demirəm. O, o yolları MÜTLƏQ keçməlidir məncə, özü təcrübə etməlidir; layiqdirsə aşacaq və addım atacaq növbətiyə. Bu qədər sadə. Və bunun doğru addım olduğundan o qədər əminəm ki, yalnız bu qədər əminlik məni bu fikrin səhv olduğuna dair şübhələndirir.(100% doğru luq payı olmayacağına görə)
#düşüncəfikirlər














