Qara yanvar faciəsini unutmadıq və unutmarıq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfərdən çox soydaşımız şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Sovet ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsini susdurmaq cəhdi nəticə vermədi. Düşmənlərimizin kim olduğunu unutmayaq. Türk xalqı tanrıdan başqa heçkimə diz çökməz. Allah şəhidlərimizi rəhmət eləsin.















