o sırada Marc Levy:
Sən şəhərlə, küçədən-küçəyə azadlığa doğru adımmlayırdın, mən isə idarə olunduğum gücü anlamadan sənə doğru gəlirdim. Axı nə bu qələbə, nə də bu ölkə mənim deyildilər, küçələr də mənə yad idi, hərçənd yox – mən burada yad idim.
Sən mənim həyatıma bir yay kimi daxil oldun – qəfildən, xəbərdarlıq etmədən, səhərçağı otağa günəş şüaları daxil olan kimi.
Təki səninlə özüm haqqında danışa bilim, təki sənin mənimlə mənim barəmdə danışmağını eşidə bilim.
Mən sənin siluetini səhərlər ağacların səkiyə saldığı kölgələrdə axtarırdım; sənin cizgilərini Qudzon sularında oynayan işıq zolaqlarına arayırdım və əbəs yerə şəhərdə gəzişən bütün küləklərin səsində sənin kəlmələrini tutmağa çalışırdım. Bəzən ikimizə gülürdüm, lakin heç bir zaman səni düşünməyi tərgitmirdim.
Mən səni olduğun kimi sevmişəm və dəyişməni heç zaman istəmərəm; mən çox şeyi anlamadan, zamanın ən yaxşı təbib olduğunu düşünərək səni sevirdim; bəlkə də bu sevginin ən apofeoz məqamında səndən məni hər şeydən vaz keçərək, bizi ayıran, fərqləndirən amillərə göz yumaraq fədakarcasına sevib-sevmədiyini soruşmağı unudurdum. Bəlkə də sən özün o sualı özünə verməyi çatdırmadığın kimi, mənim də bu sualı sənə verməyimə imkan vermirdin?
Lakin istənilən halda, sənin harada olmağından asılı olmayaraq, sən həmişə mənimlə olmusan və mənimlə qalacaqsan. Təkcə sənin sağ olduğunu, Yer üzündə yaşadığını bilməm mənim üçün böyük xoşbəxtlikdir.
Mən səni sevirəm.
❤️🩹



















