UŞAQLIQ: Nə dərd var idi, nə də qəm. Götür topunu səhər tezdən düş həyətə. Bir-bir binaların qarşında dayan, dostlarını çağır. Çıxsın anası balkondan, “Əli yoxdu evdə desin”... Əli də anasının böyründən boylanaraq, “Gəlirəm, desin...” . İki daş bu yanda, iki daş o yanda qoy,öz aləmində futbol oyna...O bitsin, gizlənpaç başlasın, sonra yeddi şüşə...Hərdən də qızlarla “klass-klass”...Elə ki, yoruldun, otur bir daşın üstündə...”Şirinquş”, “pambıq” satan gələcək...Cibində oynamaqdan nazikləşən manatı çıxar, sən də al...Qaç, tərlə...İki dəqiqədən bir evdən səslənsinlər, sən də qalx yuxarı...Əllər kürəyinə dəysin ki, su olmusan,dəyiş maykanı bir də düş həyətə...Hava qaralan kimi anan balkona çıxsın, “Atan, səni öldürəcək, tez evə gəl...” deyərək, səni qorxutsun...Sən də dəhşət qorxurdun axı... Özünü qızlara göstərmək üçün su et saçlarını, qaranlıqda atandan fırlatdığın “açkiylə” o başa get, bu başa get...”Priqulkayla” oynayan qızlar da özünü naza qoyub, sənə fikir vermirmiş kimi baxsınlar...Çalış gizlət mırıq dişlərini, görməsin,pozular yaraşığın...Yeni-yeni yaransın səndə sevgi həvəsi...Elə oyunlar olub ki, gözləmisən ki, o da oynasın...Ki qəhərmanlıq edərək özünü ona sübut edəsən...Nə vecinə həyat, yaşamaq, qayğı, arzu...Tək dərdin “bundan sonra nə oynayaq?” olsun...Sonuncu dənələrini də yedin qara tumların, əlində 3-4 dənə qalanları at yerə, qaç evə...Sabah açılsın, yenə aç gözünü, bax güzgüyə...Böyümüsən, deyilmi, ay uşaq? Çıx bir boylan həyətə...Gör kimlər qalıb... Yoxdu artıq o uşaqlar...Daha yoxdu məhlədəki o balaca qız...İndi hansısa bir evdə özü uşaq böyüdür bəlkə də...Əvvəlki kimi geniş deyil məhləniz...Çünki sənin kimi indiki uşaqlar böyümür...Sən və dostların qoymazdı ki, həyətdə sizə aid meydançada kimsə maşın saxlasın...Amma indi...Düz blokun ağzına kimi maşınlar dayanır...Sakit və səssiz qalıb məhlə...Tez yekəldin elə bil...İndi qayğıların, arzuların var, dostum...Bitdi...Hər oynadığın oyun kimi “uşaqlığın” da bitdi...Bir çön geriyə bax...Bir zamanların qaçaraq səs-küy saldığı o uşağı tapa bilsən mənə də xəbər et...Gəlim yenə oynayaq..
















