Yeni bir yola addım atıram, aşırı stresliyəm və bunu yazmaqdan başqa çarəm yoxdu. İndiyə qədər etdiyim hər bir şey, hər uğurumu, hər məğlubiyyətimi xəyallarıma aparan bir keçid olaraq görmüşəm. Bu nöqtəyə asan gəlməmişəm, əldə etdiklərimi asan əldə etməmişəm ki indi də vazkeçim. Bundan 1 il sonra nə olacaq bilmirdim hansı ki, bundan 1 il əvvəl də başıma bunlar gələcək desələr inanmazdım. Sadəcə unutmamağı, motivasiyadan düşməməyi özümə xatırlatmaq istəyirəm. Yenə də əlimdə olan tək şey özgüvənimdi və onunla birlikdə özümü bu yola atıram. Bəzən tam olaraq nə istədyimi bilməsəm də, o xəyallarımın əslində nə olduğunu bilməsəm də, hal hazırda nə istədiyimi bilirəm və bu mənə yetərlidi. Bacaracaqsan. Sənə lazım olan tək şey sadəcə zaman və zamanla birliktə özünü daha çox inkişaf etdirməyindi. Arada durub yorulanda həvəsdən düşəndə belə yadında saxla ki, itirmirsən və məğlub olmaq da əslində bir qabiliyyətdi, aldığın bir dərs və gələcəkdə danışacağın uğur hekayəsinin bir parçasıdı. Sənə güvənirəm və sadəcə sənə güvənirəm.









