Uzun zamandır Venera yazır, siz oxuyursunuz. Bu gecə də siz yazın, Venera oxusun…

Misplaced Lens Cap
EXPECTATIONS

Discoholic 🪩
YOU ARE THE REASON
Fai_Ryy
noise dept.
Xuebing Du
★
Today's Document
macklin celebrini has autism
cherry valley forever

❣ Chile in a Photography ❣

ellievsbear

occasionally subtle
Jules of Nature
I'd rather be in outer space 🛸
Cosimo Galluzzi
d e v o n
seen from Türkiye

seen from Türkiye
seen from China

seen from Brazil
seen from Türkiye
seen from United States
seen from Malaysia

seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from Argentina

seen from Nepal
seen from France

seen from Iraq

seen from Canada

seen from Türkiye

seen from Malaysia
seen from United States

seen from United Arab Emirates
@byveneras
Uzun zamandır Venera yazır, siz oxuyursunuz. Bu gecə də siz yazın, Venera oxusun…

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Buraxın. Sizin gözünüzdə sizi dəyərsiz edən insanları buraxın. Sizə özünüzü davamlı olaraq yetərsiz hiss etdirən, sevgisini sübut etdirmək məcburiyyətində qoyan, varlığınızı adiləşdirən insanları buraxın. Çünki sizi həqiqətən sevən insan, özünüzdən şübhə etməyinizə səbəb olmaz. Səhvləriniz ola bilər, mübahisələr də olar. Amma heç vaxt sizə dəyərsiz biri olduğunuzu hiss etdirməz. Bir insanın sizə verdiyi dəyər, sizin dəyəriniz demək deyil. Sadəcə onun xarakterinin sizə göstərdiyi münasibətdir. Ona görə də özünüzü sizi görməyən gözlərdə axtarmayın. Sizi anlamayan insanlara özünüzü izah etməklə ömrünüzü keçirməyin. Çünki insan ən çox tərk ediləndə yox, öz dəyərini onu dəyərləndirməyən insanların əlindən almağa çalışanda yorulur. Bir gün elə insanlar qarşınıza çıxacaq ki, sevilmək üçün özünüzü dəyişməyə ehtiyac duymayacaqsınız. Həmin gün anlayacaqsınız ki, problem heç vaxt siz deyildiniz.
Səssizliyin də bir səsi var, dinləmək üçün içinizdəki səs-küyü susdurmalısınız.
Məsələ siz deyilsiniz. Məsələ sizin xarici görünüşünüz, tərbiyəniz və ya uğurlarınız deyil. Məsələ qarşınızdakı insanın anlayışsız və sizə qarşı istəksiz olmasıdır. İnsan istəyəndə bir mesaj yazmağa da vaxt tapır. Bir problemi danışaraq həll etməyə də çalışır. Bir səhvi bağışlamağı da bacarır. Amma istəməyəndə, etdiyiniz hər yaxşılıq adiləşir. Hər fədakarlığınız görünməz olur. Hər sözünüz bəhanəyə çevrilir. Və siz zamanla özünüzü sorğulamağa başlayırsınız. “Harada səhv etdim ?”, “Niyə kifayət etmədim ?” deyə düşünürsünüz. Halbuki bəzən problem sizin kifayət etməməyiniz deyil. Problem, öz dəyərinizi sizi artıq seçməyən bir insanın gözündə axtarmağınızdır. Sizi görmək istəməyən birinə özünüzü göstərməyə çalışmaq, sizi sevməyən birindən sevgi dilənmək deyil, sadəcə özünüzü yormağınızdır. Doğru insan sizi daim sübut etməyə məcbur etməz. Çünki sevən insan qüsur axtarmır. Anlamağa çalışır.
Keçmir, elə deyilmi ? Heç bir ağrınız tam keçmir. Keçdi deyə düşündüyünüz yara bəzən bir mahnı ilə, bir küçə ilə, bir qoxu ilə, bir şəkillə, hətta bir cümlə ilə yenidən qanayır. Və siz elə bilirsiniz ki, hər şeyə yenidən başlamısınız. Amma əslində elə deyil. Çünki sağalmaq heç vaxt ağrını tamamilə unutmaq demək deyil. Sağalmaq, o ağrının artıq həyatınızı idarə etməməsidir. Bəzi yaralar iz qoyur, izlər isə həmişə acıtmır. Sadəcə sizə nələrdən keçdiyinizi xatırladır. Ona görə də özünüzü “niyə hələ də xatırlayıram ?” deyə günahlandırmayın. İnsan unutduğu üçün yox, yaşamağa davam etdiyi üçün sağalır. Və bir gün fərqinə varmadan anlayacaqsınız ki, sizi bir vaxtlar gecələr oyadan o ağrı artıq sadəcə keçmişiniz haqqında bildiyiniz bir xatirədir, bu gününüzü idarə edən bir hiss yox.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Artıq abituriyentlərin imtahanları bitib, ballar açıqlanıb. Yaxın zamanda kimin hara qəbul olduğu, kimin isə qəbul ola bilmədiyi də məlum olacaq. Amma bu gün valideynlərə bir söz demək istəyirəm. Unutmayın ki, övladınız hər şeydən əvvəl sizin övladınızdır. Sözsüz ki, onu böyütmək üçün illərlə əziyyət çəkmisiniz. Bəzən özünüz yeməyib ona yedirtmisiniz, özünüz geyinməyib onu geyindirmisiniz. Özünüz üçün etmədiyiniz fədakarlıqları onun gələcəyi üçün etmisiniz. Amma universitetə qəbul ola bilməmək həyatın sonu deyil. Bəli, təhsil vacibdir. Ancaq insanın dəyəri aldığı balla ölçülmür. Bir imtahan nəticəsi nə övladınızın zəhmətini, nə də onun gələcəyini tam müəyyən edə bilməz. Bu gün qəbul olmayan biri sabah çox uğurlu bir həkim, mühəndis, müəllim, sahibkar və ya başqa bir peşənin peşəkarı ola bilər. Həyat tək bir imtahandan ibarət deyil. Ən təhlükəlisi isə övladınıza bu gün onu sizə qarşı uğursuz hiss etdirməkdir. Bəzən valideynin bir cümləsi, bir baxışı, bir müqayisəsi illərlə uşağın yaddaşından silinmir. Bu gün onun ən çox ehtiyac duyduğu şey tənqid deyil. “Sənin yanındayam” cümləsidir. Əgər uğur qazanıbsa, onunla fəxr edin. Qazana bilməyibsə, əlindən tutun. Çünki bu gün o, universitetə yox, ilk növbədə sizin anlayışınıza və dəstəyinizə ehtiyac duyur. Unutmayın ki, imtahan bir neçə saat çəkir. Amma valideynin həmin gün övladına yaşatdığı hiss, bəzən bir ömür insanın içində qalır.
Problem çıxmasın, hörmətsizlik olmasın deyə altdan aldığınız hər şey, bir müddət sonra sizə daha çox hörmətsizlik kimi qayıdar. Çünki insanlar çox vaxt sərhədlərinizi sizin dediklərinizlə yox, icazə verdiklərinizlə öyrənirlər. Bir dəfə susursunuz. İkinci dəfə “boş ver” deyirsiniz. Üçüncü dəfə özünüzü inandırırsınız ki, bəlkə düzələr. Amma dəyişən heç nə olmur. Əksinə, qarşı tərəf bunu qəbul etdiyinizi düşünür. Unutmayın, anlayış göstərmək başqa şeydir, özünüzə hörmətsizlik edilməsinə göz yummaq başqa. Hər şeyi altdan almaq böyüklük deyil. Bəzən vaxtında deyilən bir “yox”, gecikmiş yüz dəfə susmaqdan daha çox münasibəti qoruyur. Çünki hörmət sevgidən əvvəl gəlməlidir. Hörmətin olmadığı yerdə verdiyiniz hər güzəşt, zamanla sizin dəyərinizi yox, sərhədlərinizi zəiflədir. İnsanları itirməkdən qorxmayın. Özünüzə olan hörməti itirmək, kimisə itirməkdən daha ağırdır.
Əlinizdən gələni etdiyiniz halda gözəlləşdirə bilmədiyiniz bir yeri tərk etmək sizi pis bir insan etməz. İnsan hər şeyi düzəldə bilməz. Bəzən nə qədər çalışsanız da, qarşı tərəf dəyişmək istəməz. Nə qədər sevsəniz də, sevgi təkbaşına kifayət etməz. Nə qədər səbir göstərsəniz də, hörmət yoxdursa, o münasibət sizi yavaş-yavaş yoracaq. Hər gedən insan yarımçıq qoyan insan deyil. Bəzən getmək, özünüzü qorumağın yeganə yoludur. Çünki qalmaq hər zaman sədaqət deyil. Bəzən insan sadəcə alışdığı üçün qalır. Qorxduğu üçün qalır. Ümidini itirmək istəmədiyi üçün qalır. Amma elə bir an gəlir ki, artıq qalmaq sizdən daha çox şey aparmağa başlayır. Unutmayın ki, əlinizdən gələni etdiyiniz bir yerdən vicdanla ayrılmaq, heç nə etmədən getməkdən fərqlidir. Çünki insan yalnız öz payına düşən məsuliyyəti daşıya bilər. Qarşı tərəfin seçimini, davranışını və dəyişmək istəməməsini yox. Bəzən bir qapını bağlamaq, kimisə cəzalandırmaq üçün deyil, özünüzü itirməmək üçündür.
Bəzən insanlar yetərsizlik hissini ilk dəfə heç nə ilə məmnun ola bilməyən valideynlərindən öyrənirlər. Uşaqlıqdan bəri ilk dəfə “yenə azdır”, “daha yaxşısını edə bilərdin”, “başqaları səndən yaxşıdır” kimi sözləri eşidəndə özünü uğursuz hesab etmir. Bu cümlələr bəzən bir neçə saniyəyə deyilir, amma illərlə insanın içində qalır. Sadəcə sevilmək üçün daha çox şey etməli olduğuna inanır. İllər keçir, böyüyür, amma içindəki o uşaq hələ də kiminsə razılığını qazanmağa çalışır, o hisslər də onunla böyüyür. İşdə, münasibətdə, dostluqda… Münasibətlərdə qarşı tərəfi itirməmək üçün özündən keçir. İşdə hamını razı salmağa çalışır. “Yox” deməyə çətinlik çəkir. Çünki dəyərli olmağı, hər kəsi razı salmaqla səhv salır. Halbuki siz hər kəsi razı sala bilməzsiniz. Heç buna məcbur da deyilsiniz. Çünki bəzi insanlar siz nə etsəniz də narazı qalacaq. Problem sizin yetərsiz olmağınız deyil. Problem onların heç vaxt kifayətlənməyi öyrənməməsidir. Həmişə daha çox verir, həmişə özünü sübut etməyə çalışır. Çünki elə bilir ki, olduğu kimi kifayət etmir. Halbuki insanın dəyəri yalnız uğurları ilə ölçülməməlidir. Hər valideyn övladını mükəmməl böyüdə bilməz. Bir gün anlayacaqsınız ki, ən çətin mübarizə başqaları ilə deyil, illərlə içinizdə yaşayan, “sən hələ də kifayət qədər yaxşı deyilsən” deyən o səslədir. Və həmin səsi susdurmağı bacardığınız gün, ilk dəfə özünüz üçün yaşamağa başlayacaqsınız.
Günümüzdə “stalklamaq” deyə bir anlayış var. Yəni birini sosial şəbəkələrdən gizlicə izləmək. Məncə, bunu dayandırmalısınız. Siz elə bilirsiniz ki, onu izlədikcə harada olduğunu, necə yaşadığını, nə hiss etdiyini anlayırsınız. Amma elə deyil. Siz sadəcə özünüzü tükədirsiniz. Hər paylaşım yeni bir sual yaradır. “Harda idi ?”, “Kimlə idi ?”, “Görəsən xoşbəxtdir ?”, “Bu paylaşımı mənə görə etdi ?” Və beyniniz cavabı olmayan suallarla dolur. Halbuki sosial şəbəkələr heç vaxt bir insanın bütün həyatını göstərmir. İnsanlar orada yaşadıqlarını yox, göstərmək istədiklərini paylaşırlar. Siz isə bir neçə saniyəlik görüntülərə baxıb özünüzü saatlarla incidirsiniz. Ən pisi də budur ki, sağaltmağa çalışdığınız yaranı hər gün öz əlinizlə yenidən açırsınız. Unutmağa çalışdığınız insanı, unutmamağınız üçün özünüzə səbəb yaradırsınız. Bəzən sağalmaq üçün cavab tapmağa ehtiyac olmur. Sadəcə baxmağı dayandırmaq kifayət edir. Çünki bəzi qapılar bağlanmır. İnsan hər gün dönüb o qapını yoxlamağı dayandıranda bağlanır. Bu insanla artıq əlaqəniz kəsilibsə, deməli həyat sizi başqa bir yola yönəldib. Bilirəm, qəbul etmək çətindir. İnsan cavab axtarır. Bir dəfə də profilinə baxmaq istəyir. Bir dəfə də nə etdiyini bilmək istəyir. Amma hər dəfə geriyə baxdıqca, irəli getməyinizi gecikdirirsiniz. Artıq çətin də olsa qarşıya baxmağın vaxtıdır. Öz həyatınızla məşğul olun. Yeni məqsədlər qurun. Özünüzü inkişaf etdirin. Sevdiyiniz işlərlə məşğul olun. Çünki həyat, sizi geridə qoyan bir insanın həyatını izləmək üçün çox dəyərlidir.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Məsələn, siz çətin günlərinizdə olanda yanınızda kim var idi ? Bu sualı bir özünüzə verin. Çoxunuz “heç kim” deyəcəksiniz. Çoxunuzun isə ağlından hansısa bir insan keçəcək. Sonra da ağlınıza o insan artıq həyatınızda olmadığı gələcək. Ən çətin günlər insanın ətrafını yox, həyatındakı insanların yerini göstərir. Çünki yaxşı gününüzdə yanınızda olmaq asandır. Uğurlarınızda problemlərə dözmək asandır. Əsl məsələ hər şey dağılarkən də qalmağı bacarmaqdır. Pulunuz olmayanda, işiniz düz getməyəndə, sağlamlığınız pozulanda, psixoloji olaraq çökəndə… Kim sizin əlinizi buraxmadı ? Bəs o insanlar niyə artıq həyatınızda yoxdur ? Çətin gününüzdə əlinizdən tutan insanlar niyə bu gün yanınızda deyil ? Bəlkə də hər dəfə “onsuz da buradadır” deyə düşündünüz. Onun varlığını adiləşdirdiniz. Verdiyi dəyərin həmişə davam edəcəyini zənn etdiniz. Bir mesajını cavabsız qoydunuz. Bir görüşü təxirə saldınız. Bir təşəkkürü demədiniz. Bir üzrü gecikdirdiniz. Və düşündünüz ki, sabah da yanınızda olacaq. Halbuki insanı ən çox yorub uzaqlaşdıran böyük səhvlər deyil. Kiçik, amma davamlı laqeydliklərdir. Çünki heç kim bir gündə getmir. İnsan yavaş-yavaş yorulur, yavaş-yavaş susur, yavaş-yavaş uzaqlaşır. Sonra isə bir gün həqiqətən gedir. Ona görə də sizi sevən, çətin gününüzdə yanınızda duran insanları yalnız itirdikdən sonra dəyərləndirməyin. Çünki bəzi insanların yoxluğu, onların varlığının nə qədər qiymətli olduğunu çox gec öyrədir.
Keçmir, elə deyilmi ? Problemlər sizi günbəgün yorur. Bilmirsiniz maddi çətinliyi düşünəsiniz. Münasibətinizi, ailə problemlərini, sağlamlığınızı, yoxsa gələcəyinizi. Hər kəsin yükü fərqlidir. Amma daşıdığı ağırlığın hissi eynidir. Ən çətini də gecələr olur. Hər yer sakitliyə bürünəndə düşüncələr danışmağa başlayır. Gündüz məşğuliyyətlərin boğduğu hisslər, gecə bir-bir üzə çıxır. “Birdən heç nə düzəlməz”, “Birdən bacarmaram”, “Birdən hər şey daha da pis olar” düşüncəsi içinizi yeyir. Bu suallar insanı yaşanan problemlərdən daha çox yorur. Amma bir şeyi unutmayın ki, siz bu gün yaşadığınız çətinliyin içindəsiniz deyə, ömrünüzün də belə keçəcəyini düşünürsünüz. Halbuki həyat heç vaxt eyni qalmır. Necə ki, xoşbəxt günlər əbədi olmursa, çətin günlər də olmur. Bəzən çıxış yolu dərhal görünmür. Amma görünmür deyə yoxdur demək deyil. Sadəcə bu gün özünüzə qarşı bir az mərhəmətli olun. Hər problemi bu gecə həll etmək məcburiyyətində deyilsiniz. Bəzən sabaha qədər dözmək də insanın özünə verə biləcəyi ən böyük qələbə olur. Çünki ən qaranlıq gecələrin belə bir səhəri var. O səhər bəzən problemləri həll etmir, amma onları daşıyacaq qədər sizi gücləndirir.
Həyatı həddindən artıq ciddiyə alırsınız. Çünki yaşadığınız ağrının heç vaxt keçməyəcəyini düşünürsünüz. Halbuki həyat sizdən əvvəl də davam edirdi. Sizdən sonra da davam edəcək. Bu gün dünyanın sonu kimi görünən hadisə, bəlkə də bir neçə ildən sonra sadəcə xatırladığınız bir xatirə olacaq. İnsan ən çətin günündə “bir də heç vaxt yaxşı olmayacam” deyə düşünür. Amma bir gün yenidən gülür. “Heç vaxt unuda bilməyəcəyəm” deyir. Amma bir gün həmin xatirə əvvəlki qədər canını yandırmır. Çünki zaman hər şeyi silmir. Sadəcə ağrının ağırlığını azaldır. Ona görə də hər şeyi idarə etməyə çalışmayın. Hər şeyə məna yükləməyin. Bəzən buraxmaq da yaşamağın bir hissəsidir. Çünki həyat mükəmməl olduğu üçün gözəl deyil, keçib gedə bildiyi üçün gözəldir. Bir gün anlayacaqsınız ki, həyat heç nə üçün dayanmır. Nə ayrılığa görə, nə xəyanətə görə, nə də itirdiklərinizə görə. Ona görə də yaşamağı sabaha saxlamayın. Sevdiyinizi etiraf deyin. Valideyninizə sarılın. Dostunuzun səsini eşidin. Yeni yerlər görün. Çünki həyat bir gün hər şey düzələcək deyə gözləmək üçün çox qısadır. Və unutmayın ki, illər sonra geriyə baxanda sizi ən çox peşman edəcək şey çəkdiyiniz ağrılar olmayacaq. O ağrılar üzündən yaşamağı təxirə saldığınız günlər olacaq.
Kişilər güclüdür deyirlər. Həqiqətənmi elədir ? Məncə, yox. Psixoloji baxımdan heç bir insan sadəcə cinsinə görə digərindən güclü deyil. Sadəcə kişilər çox vaxt güclü görünməyə məcbur qalırlar. Uşaqlıqdan onlara “sən kişisən, kişi ağlamaz”, “özünü zəif göstərmə”, “kişi hər şeyin öhdəsindən gələr” kimi sözlər deyilir. Beləcə, hisslərini gizlətməyi öyrənirlər. Ağlamağı yox, susmağı öyrənirlər. Dərdlərini danışmağı yox, içlərinə atmağı öyrənirlər. Güclü görünmək üçün o qədər çox şeyi içlərində saxlayırlar ki, bir müddət sonra özləri də nə hiss etdiklərini anlaya bilmirlər. İnsanlar onların sakit olduğunu düşünür. Halbuki bəzən sadəcə danışmağa öyrəşdirilməyiblər. Bir çox kişi “yoruldum” demir, “qorxuram” demir, “köməyə ehtiyacım var” demir. Çünki illərlə bunları deməyin zəiflik olduğuna inandırılıblar. Halbuki ən böyük güc, hisslərini gizlətmək deyil, onlarla üzləşə bilməkdir. Bəlkə də elə buna görə kişilər daha gec kömək istəyirlər, daha gec dağılırlar. Amma dağılanda, uzun illər içlərində yığdıqları hər şey bir anda üstünə gəlir. Ona görə də bəzən həyatınızdakı adama “necəsən ?” sualını sadəcə hal-əhval üçün yox, həqiqətən necə olduğunu bilmək üçün verin. Çünki hər susan kişi güclü olmur. Bəzən sadəcə, illərlə səsini çıxarmağa icazə verilməyən bir uşaq olur.
Cahil və hörmətsiz bir kütlə var. Elə bir kütlə ki, həyatını dəyişmək əvəzinə başqasının həyatına müdaxilə etməyə çalışır. Xüsusilə də onları sevməyən bir oğlanı özünə bağlatdırmaq, xoşbəxt bir ailəni ayırmaq, kiminsə evini dağıtmaq, yoldaşını “evə bağlamaq”, hələ həyat yoldaşlarını, qohumlarını susdurmaq, öz bildiklərini edə bilmək üçün bu iyrənc yollara əl atanlar, başqasının uğurunun qarşısını almaq kimi niyyətlərlə müxtəlif yollara üz tuturlar. Niyə ? Olmayan bir şeyi niyə zorla əldə etməyə çalışırsınız ? İnsan öz zəhmətinə, xarakterinə və inkişafına güvənməyəndə, çıxış yolunu belə qısa yollar axtarmaqda görür. Halbuki heç bir ritual, heç bir batil inanc, heç bir vasitə qarşılıqlı hörmətin, səmimi sevginin və zəhmətin yerini verməz. İndi kimsə deyəcək ki, “əsas odu əldə edirəm.” Xeyr, siz bunu öz hörmətinizlə qazanmırsınız. Kiminsə sevgisini məcbur etmək sevgi deyil. Kiminsə xoşbəxtliyini pozmağa çalışmaq güc yox, acizlikdir. Başqasının yolunu bağlamağa çalışan insanın yolu açılmaz. Çünki insan yüksəlmək istəyirsə, başqasını aşağı çəkməklə deyil, özünü inkişaf etdirməklə yüksəlir. Bu tip şeylərə inananların yüksəlib-yüksəlməyəcəyini bilmirəm. Amma bir şeyi bilirəm, “İnsanın xarakteri, zəhməti və vicdanı olmadan əldə etdiyi heç bir uğur uzunömürlü olmur.” Başqasının yolunu bağlamağa çalışan insan, hər zaman öz yolunu itirir.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Münasibət istəməyən biri üçün mübarizə aparıb, onun ürəyini və güvənini qazandıqdan sonra yarıyolda buraxmağa siz “alınmadı” deyirsiniz. Mən isə buna məsuliyyətsizlik deyirəm. Çünki bir insanın qəlbinə daxil olmaq çətin deyil. Çətin olan, o qəlbin məsuliyyətini daşımaqdır. Əgər qalmağa hazır deyildinizsə, niyə ümid verirsiniz ? Əgər gedəcəkdinizsə, niyə “mən buradayam” deyirsiniz ? Bəzən insanlar ayrılıqdan yox, boş yerə inandıqlarını anladıqları üçün daha çox sınırlar. Çünki itirilən tək münasibət olmur. İnsanın güvəni, cəsarəti və bir daha kiməsə inanmaq istəyi də onunla birlikdə gedir. Ona görə də bir insanın qəlbinə girməzdən əvvəl özünüzdən soruşun: “Mən bu qapını açmağa yox, içəridə qalmağa hazırammı ?” Çünki hər qazanılan ürək, tərk edilmək üçün deyil. Məncə siz sadəcə bir münasibəti bitirmirsiniz. Bir insanın özünü illərlə qoruduğu divarları dağıdırsınız. Ona “mən fərqliyəm” deyirsiniz, o da sizə inanır. İllərlə qurduğu sərhədləri sizin üçün götürür. Qorxularını danışır, zəif tərəflərini göstərir. Sizə güvənməyi öyrənir. Sonra isə bir gün heç nə olmamış kimi gedirsiniz. Bunun adı “alınmadı” deyil. Çünki alınmayan münasibət deyil. Alınmayan, verdiyiniz sözlərin ağırlığını daşımaqdır. İnsanları sevməyə məcbur deyilsiniz. Amma onları sizə inanmağa məcbur etdikdən sonra yarıyolda qoymağa da haqqınız yoxdur. Çünki bəzən insanlar ayrılıqdan sağalırlar. Amma aldanmış güvəndən illərlə sağala bilmirlər. Bir insanın qəlbini qazanmaq uğur deyil. Onu incitmədən qoruya bilmək xarakterdir.
Bir video gördüm, “İnsanlar şirniyyatı başqaları ilə yeyib, sənə şəkər xəstəliyindən danışacaqlar.” Bəli, elədir. İnsanlar bəzən etdiklərini yox, nəticəsini göstərirlər. Sizə yaşatdıqlarını demirlər. Sadəcə niyə dəyişdiklərini izah etməyə çalışırlar. Bir vaxtlar başqasına verdikləri dəyəri, sevgini, zamanı sizdən əsirgəyib, sonra da “artıq belə insanam”, “hisslərim ölüb”, “münasibət istəmirəm” deyirlər. Halbuki problem sevə bilməmələri deyil. Problem, sevmək istəmədikləri insana bunu etiraf edə bilməmələridir. Ona görə də insanların dediyindən çox, keçmişdə necə yaşadığına baxın. Çünki bəzi insanlar sizə imkanlarının olmadığını söyləyər. Amma həmin imkanları vaxtilə başqası üçün sonuna qədər istifadə etmiş olarlar. Halbuki problem hər zaman dəyişmək olmur. Bəzən problem odur ki, insan artıq həmin fədakarlığı sizin üçün etmək istəmir. Ona görə də sözlərə yox, davranışlara baxın. Çünki insan sevdiyi üçün vaxt tapır. Sevdiyi üçün yol gedir. Sevdiyi üçün mübarizə aparır. Sevmədiyi zaman isə bunların hamısını “bəhanə” adlandırır. Sözlər dəyişə bilər. Bəhanələr də elə. Amma insanın kimə nəyi həvəslə etdiyi, əsl həqiqəti həmişə göstərir. Və ən acısı bilirsiniz nədir ? Bir gün sizə “bacarmıram” deyən insanın, başqa biri üçün hər şeyi bacardığını görmək. Məhz həmin an anlayırsınız ki, məsələ heç vaxt imkan deyildi. Məsələ istək idi. Çünki insan istəyəndə yol axtarır, istəməyəndə isə səbəb. Və bəzən ən ağır həqiqət budur ki, insan sizə edə bilmədiyini yox, sizin üçün etmək istəmədiyini “bacarmıram” adı ilə gizlədir.