başadüşülməyən həqiqətlər
Günəş çıxır, günəş batır. Günəş çıxır, güəş batır. Sən axı niyə bir yerdə dayanmırsan?

pixel skylines
I'd rather be in outer space 🛸
i don't do bad sauce passes

★

祝日 / Permanent Vacation
Three Goblin Art

Kaledo Art
DEAR READER
Cosimo Galluzzi

roma★
let's talk about Bridgerton tea, my ask is open
tumblr dot com

Janaina Medeiros
🪼
Stranger Things
Misplaced Lens Cap
Claire Keane

Origami Around
taylor price
art blog(derogatory)

seen from Lithuania
seen from New Zealand
seen from United Kingdom

seen from United Kingdom

seen from Türkiye
seen from United States
seen from Germany
seen from Netherlands

seen from United States
seen from Colombia
seen from Mexico

seen from Türkiye
seen from United States

seen from United States

seen from Poland

seen from United States
seen from United Kingdom
seen from Netherlands
seen from United States
seen from United States
@5mertebe
başadüşülməyən həqiqətlər
Günəş çıxır, günəş batır. Günəş çıxır, güəş batır. Sən axı niyə bir yerdə dayanmırsan?

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Uşaq vaxtı öldürdüyüm bütün qurbağaların yaxınlarından üzr istəyirəm.
qulağaçatan həqiqətlər (6)
Ane Brun-un Temporary Dive albomunu cavan vaxtı eşidənlər üçün onu qocalandan sonra eşitməkdə fayda var. Çünki biz elə buyurduq.
əlçatan həqiqətlər (5)
dostlarla birlikdə kitab oxuyub, onu müzakirə etmək, yaşlanmanın gətirdiyi mütləq vecsizlik vəziyyətindən çıxmaq üçün bir yol ola bilər. amma bunu edərkən kitabı yazana da hörmət etmək lazımdır, nə də olsa dünya bizim ətrafımızda dolanmır.
əlçatan həqiqətlər (4)
bu gün gün çıxır, batır, eləyir, poeziya var, amma bir gün gün çıxmayacaq, yazılacaq şeirləri indi yazmaq lazımdır ona görə.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
əlçatan həqiqətlər (3)
Ana təbiət özü başa düşür ki, insanlar bekardır - sosial qınaq, bir-birinə ağıl öyrətmə, mükafat mahiyyətli müsabiqələr - kimi gic-gic şeylərlə məşğul olur. Ona görə Amazonu zadı yandırır ki, bir az özümüzə gələk.
əlçatan həqiqətlər (2)
Orda-burda üç dənə workshopa gedib bir şeylər görəndən sonra gələn adam çox bilər həyat haqda, yoxsa əsrlər boyu dünyanın ən əlçatmaz nöqtələrindən birində yaşayan bir icmanın nümayəndəsi? Bunlardan hansının o birinə öyrədəsi daha çox şeyi ola bilər?
əlçatan həqiqətlər (1)
70 illik Sovet tarixini gözardı edib “Stalin” deyə icmallaşdıran, kimliklərini, dəyərlərini 2 illik sınıq-salxaq AXC hökümətində axtaranlar nə qədər vacib şey tapa bilərlər ki axtarışlarında?
sovet şəhərsalmasına doğru geriyə! (1)
Müstəqil düşünə bilmək vacibdir. Sovet şəhərsalmasını itin götünə soxub çıxaran qərb akademiklərinin belə bunu edə bilməməsi onun göstərir ki, müstəqil düşüncə eyni zamanda çətindir: nəticədə normal akademik mühitdə işləyən bir insan belə tarixə düzgün baxa bilmirsə, onların pizdes işlərinə baxıb masturbasiya edən üçüncü dünya akademiklərindən də çox şey gözləmək olmaz. Lakin bəzi həqiqətlər elə sırtıq və həyasızdırlar ki, tarixin dalğaları biz istəməsək də onları sahilə vurur davamlı olaraq. Sovet şəhərsalma praktikaları da belə həqiqətlərə bir misaldır. Qərb akademiklərinin ağızları sulana-sulana söydükləri Sovet şəhərsalması mənim üçün hər ötən gün yenidən aktuallaşır, nə qədər zamanının irəlisində olduğunu göstərir, özü də bunu Qərb mediyası üzərindən edir.
Bu gün Sovet şəhərsalması podkast aləminin ən yaxşılarından olan 99% invisible-da özünü yada saldırdı (əlbəttə Qərbli dostlarımız bunu belə təqdim etmədilər, onlar heç Sovetin adını belə çəkmədilər təbii ki). Mövzu isə qum idi, bildiyiniz qum. Dünyada asan ehtiyatı getdikcə azalmaqda olan, tikintidə beton və sementə çevrilən və tikinti bumu ilə ehtiyatları daralan qum. Hekayə klassik hekayədir: qərbli dostlarımız yaxşı bir şey tapırlar, sonra bu şeyi sonsuz istehlak maşınlarını alovlandırmaq üçün inanılmaz miqyaslarda istifadə edirlər, doymayıb bir də bütün dünyaya eksport edirlər, istəməyənlərə məcbur satırlar, illər sonra məlum olur ki, yanaşmaları düzgün deyil və bu sürətlə davam etsələr planetin anasını ağladacaqlar yaxın gələcəkdə, sonra başlayırlar yeni daha “cool” alternativlər düzəltməyə, problem isə yerində qalır: atam-atam siz bu zadı, bu zada inanılmaz miqdarlarda tələbat yaradan həyat tərzinizi niyə quduzcasına hamıya satırdınız ki, indi alternativləri axtarmalı olursuz. Daha spesifik desək, podkastın bu epizodunda Sovet evlərinin kiçik ölçülərini “qeyri-sanitar”, “qeyri-insani” adlandıran qərbli dostlarımız futbol sahəsi boyda evlərə əslində ehtiyac olmadığını, ona görə də beton istehlakının və ona bağlı olaraq qumun təhlükəli dərəcədə azalmaqda olan bir ehtiyata çevrildiyini yeni-yeni kəşf edirlər, betonun öz istehsalının təbiətə verdiyi ziyanlar haqda və alternativ metodlar haqda düşünməyə başlayırlar.
Dinləmək istəyənlər podkastı buradan dinləyə bilərlər (ingiliscədir): https://99percentinvisible.org/episode/built-on-sand/
Bu seriyada sizə Qərbin Sovet şəhərsalma praktikalarını necə yenidən kəşf etdiyini göstərəcəyik.
Həyətlərinizi Geri Alın! (1)
Bu yazılar seriyasında şəhərlərdə ictimai məkanları, həyətləri maşınlardan alıb, insanlara qaytarmağın fərqli yollarını paylaşacağıq. Əgər sizin də ideyalarınız varsa, bizimlə paylaşın!
Sovet dövrü tikilmiş mikrorayonlar geniş ictimai məkanlara sahibdirlər. Lakin təəssüf ki, Sovetin dağılması ilə bu ərazilərə baxan qurumlar dağılmış, həyət sahələrinin böyük ölçüdə özəlləşdirilməsi baş vermişdir. Bütün bunlar azmış kimi, boğazına qədər kreditə boğulmuş insanların maşınları həyətdə olan-qalan bütün ərazini tutub həyəti insanların birgə vaxt keçirdiyi, uşaqların oynadığı, ağacların əkildiyi yer olmaqdan çıxarıb, parkinq ərazisinə çevirmişdir. Bu proseslə mübarizə aparmağın ən effektiv yolu həyətdəki icmanı ayağa qaldırıb, birgə çalışmalarla həyəti xırda addımlarla yenidən insanlara qaytarmaqdır.
Biz artıq bunu Sumqayıtda, 5-ci mikrorayonda eləməyə başlamışıq. İlk təcrübəmizdə aşağıdakı şeyləri edə bildik:
Daşlaşmış torpaq ərazilərin şumlanıb, yeni ağac və kolların əkilməsi. Həyətlərdə maşınların təyin olunmayan yerlərdə torpağın üstündə dayanması nəticəsində qurumuş, daşlaşmış torpaq ərazilər var. Məqsədimiz yavaş-yavaş bu əraziləri şumlayıb, gübrələyib, ağac və kollar üçün uyğun vəziyyətə gətirmək idi. Bunun üçün bir qrup qonşu ilə ağacların diblərini və ətrafını şumladıq və şumlanmış ərazinin sərhəddi boyu dekorativ kollar əkdik.
Skamyalar yerləşdirmək. Həddən artıq sadə alətlər və materiallarla həyətdə mövcud olan skamyaları təmir edib, taxtalarını dəyişdirdik və yenidən boyadıq. Skamyalar həyətə nəzarətin əla yoludur. Skamyalardan istifadə həyətdəki ictimai davranışın, təhlükəsizliyin yerində olmasına böyük təsir göstərir. Yəni, başqa sözlə, adamlar olan yerdə başqa adamlar çox vaxt eşşək kimi davranmırlar, uşaqlar bir-birini döymürlər. Ona görə də, həyətdə skamya nə qədər çox olsa o qədər yaxşıdır. Bundan əlavə, mikrorayon həyətləri binalarla əhatələndiyindən bu ərazilərin səs səviyyəsi yolkənarı parklarla müqayisədə daha azdır. Buna görə də, bu ərazidə başqa fəaliyyətlərlə də məşğul olmaq olar (kitab oxumaq, iş görmək, və s.).
Asfalt-üstü oyunlar. Bu, çox ucuz yolla uşaqlara çox sayda imkanlar verə biləcək intervensiya növüdür. Son çalışmamızda aşağıdakı asfalt-üstü oyunları yerə çəkdik
Futbol meydançası. Geniş, çox vaxt parkinq yeri kimi istifadə olunan əraziyə futbol meydançası xətlərini çəkərək həmin ərazinin uşaqlar tərəfindən zəbtinə imkan yaratmaq olar!
Yeddi şüşə. Adətən təbaşirlə çəkilən, amma yerə boya ilə çəkiləndə uşaqların davamlı olaraq oynadığı yerə çevrilə bilən və beləliklə, ərazinin geri alınmasına xidmət edən oyun.
Klas-klas. Eyni şəkildə, təbaşir əvəzinə boya istifadə edərək, ərazini uşaqlara verə bilərsiz. Həyətə gələn maşınlar klas-klasın üstündə dayanmaqdansa, başqa bir yer axtarmağa çalışacaq.
Bundan başqa aşağıdakı oyun və idman vasitələrini çəkə bilərsiniz:
Qaçış yarışı üçün xətlər. 50, 100, 200 metrlik məsafələri göstərən, start və finish xəttini göstərən xətlər. Bu xətlər uşaqlara qaçmağa, bir-birilə yarışmağa əla imkanlar verdiyi kimi, eyni zamanda maşınların həyətdə sürətini tənzimləyəcək. Əlbəttə yollara müvafiq uzanan polis qurğuları qoyulsa daha effektiv olar.
Təkanlı və təkansız tullanma xətləri. Adətən məktəblərin həyətində çəkilən başqa bir idman vasitəsi.
Əgər sizin də yerə boya ilə çəkilə biləcək oyun ideyalarınız varsa, bizə göndərin!
Həyətdəki asfaltı uşaqlar üçün oyun yerlərinə çevirmək mübarizənin bir hissəsi olsa da, əsas məqsəd həyətdəki asfalt sahəsini minimuma endirmək, geri alınan sahələri yaşıllaşdırmaq və sakinlərin istəklərinə və ehtiyaclarına uyğunlaşdırmaqdır.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Erkin Qədirliyə Gülən Adamların Müvəqqəti Diktatorluğu
Yoldaşlar, o bina nə Leylinin, nə İlkinin, nə yer "sahibinin", nə də ki, başqalarının dədəsinin malı deyil. Tarixi qoruyaq deyirik, bir zəbt ("occupation") olub (və siz bunu belə saymasaz da orada konkret occupation olub), insanlar da dəstək vermək üçün gəliblər. Və bəli, yoldaşlar, sizin nə dediyinizdən asılı olmayaraq bu siyasi bir hərəkat idi və ona görə də belə anlarda siyasi fəaliyyətlə məşğul olmaq tamamilə legitim bir hərəkətdir. Sizin etdiyiniz, necə etdiyiniz, aldığınız qərarlar, göndərdiyiniz məktublar hamısı siyasidir. Qeyri-siyasi ola bilməzsiz, demokratik və inklüziv ola bilərsiz, bir yerdə işləyə bilərsiniz fərqli qruplarla, o da belə görünür ki alınmayıb (məlumat azlığı ilə aşağıdakı qeydə nəzər salın). Gələnlərin siyasi aidiyyatını, hansı siyasi düşüncənin təbliğ olunub-olunmadığını redaksiya etmək heç kəsin işi ola bilməz, kimin hansı kitabı payladığı başqasının işi ola bilməz, bunun qədər anti-demokratik şey ola bilməz, bu avtoritarizmin özüdür. Ümumi koordinasiya olmalıdır, razıyam, adamlar bir-birinə zərər verməməlidirlər, və s. amma bu solçuları binadan qovaraq ola bilməz, bunun adı faşizmdir, başqa adı yoxdur, heç kəs də başqa ad uydurmasın buna. Tarixi qorumaq təkcə sizin missiyanız deyil, çünki bina sizin tarix deyil; hərə öz tarixini qoruyur, kimlərsə neft milyonçularının binalarına tarix deyir, kimlərsə Xruşşovkalara, kimlərsə binanı Molokan binası olaraq görür, kimlərsə Radio binası (məsələn, mənə görə ora şəhərin mərkəzində kinoteatrın yerləşdiyi və tarixən radio binası olan yerdir, molokanların o binanın tarixinə demək olar ki heç bir dəxli yoxdur), kim hansı tarixi qoruyur burda? Bu sualın cavabı ola bilməz, ona görə də heç kimin heç kəsi qovmağa haqqı ola bilməz. Əgər qovmusunuzsa deməli sizin konkret siyasi istiqamətiniz var və bitərəfliklə bağlı deyilənlər nağıl və yalandır. Yalan demək olar stratejik olaraq amma bu yalana özünüz inanmağa başlayanda problemlər əmələ gəlir. Əgər konkret siyasi istiqamətiniz varsa, və işi birlikdə aparmağın yolunu tapmaq istəməmisinizsə və ya bunu bacarmamısınızsa, sol tərəfdən ciddi tənqidə də hazır olmalısınız.
Hansı tarixi qoruyuruq: Malakan məbədi, Radio binası, yoxsa Salaam Cinemanı? Və ya Liboşların Qeyri-Demokratik Mübarizəsi
Salaam Cinema məsələsi ilə yeni məlumatlar daxil olduqca, tərəflərin mövqeləri daha da aydınlaşmağa başladı. Məlum oldu ki əvvəlki yazıda hadisə yerindəki vəziyyətlə bağlı verilən sualların demək olar ki, hamısına cavab “yox” olub. Gəlin xırdalayaq:
1) Görəsən Salaam Cinemada sözügedən demokratik mühit varmı?
- Yox imiş, bir qrup insan qərarvermə haqqına sahib olduğuna inanıb, başqalarını prosesdən kənarda tutublar. Bunun adı avtoritarizmdir və bu siyasi rejimi sınaqdan keçirməklə bağlı ölkəmizdə uzunmüddətli təcrübə var, avtoritarizm üçün Salaam Cinema-ya ehtiyac yoxdur.
2) Dəstək verən hamının düşüncəsi nəzərə alınırmı? Yoxsa hansısa aktiv altqrupun xoşuna gəlmir deyə mübarizədən kimlərsə kənarlaşdırılır?
- Məlum oldu ki, başdan ayağa siyasi bir hərəkət olanda bu dirənişdə öz siyasi baxışlarını (KİTAB YOLU İLƏ!) təqdim və təbliğ edən bir qrup solçu nəzakətsiz formada hadisə yerindən qovulubmuş. Siyasi bir hadisədə insanların gəlib dəstək verməsi və eyni zamanda öz siyasi görüşlərini təbliğ etməyə çalışmasından təbii nə ola bilər? Harada paylamalıdırlar kitablarını, toyda, yoxsa yas məclisində? Kitab yazmağı, paylamağı qadağan edənlərin hakimiyyəti altında da uzunmüddətli təcrübəmiz var, bunun üçün də Salaam Cinemaya ehtiyac yoxdur. Fikirlərin sərbəst paylaşıldığı və müzakirə olunduğu sistemə demokratiya deyilir. Anti-demokratik idarəetməyə nümunə kimi Salaam Cinemaya ehtiyac yoxdur.
3) İnsanlar təşkilatlanıb, iş bölgüsü aparıblarmı?
- Xeyr, çünki hələ də orada baş verənlər haqda məlumatı ondan-bundan alırıq, əli qələm tutan adamların arasından bir-iki nəfəri sırf məlumatlandırma işinə cəlb etməyiblər. Pərakəndəliyin nümunəsi kimi Salaam Cinemaya ehtiyac yox idi, bunun üçün 20 Yanvar dairəsinə getmək kifayət edir.
4) Mediya ilə münasibətlər necə tənzimlənir? Mediyanın klassik gedişini– etiraza lider istehsal etmə, ad qoyma cəhdlərini necə dəf edəcəklərini bilirlərmi (Fransada sarı jiletlilərin etdiyi kimi) ?
- Xeyr. Report.az-a verilən biabırçı müsahibə, konkret iki-üç nəfərin hamı adına danışması yoldaşların mediyanın klassik gedişlərindən xəbərdar olmadığının göstəricisidir. Gediş isə sadədir: mediya belə horizontal, tanımlanması çətin və tanımlanması çətin olduğuna görə idarəsi və susdurulması çətin olan etirazlara başçı təyin edir, başçını və ya qrupu danışıqlara cəlb edir (”ayə, başçınız kimdir, gəlin bir danışaq, həll edək də məsələni.”) və bir qrup şəxs danışıqlar zamanı mövqelərini və duruşlarını itirərək, kollektiv adından danışaraq hərəkəti çökdürür (əlbəttə əgər yaşıl jiletlilərdə olduğu kimi bu qondarma liderləri insanlar birbaşa olaraq hədəfə alıb, çox uçmadan yerə vurmasa). İnsanları təmsil etdiklərini iddia edib, öz maraqlarını və gələcəklərini irəli çəkən insanların mövcudluğuna misal olaraq Salaam Cinemaya ehtiyac yoxdur.
5) Kollektiv qərarvermə üçün müvafiq mexanizm hazırlanıbmı?
- Xeyr, kollektiv qərarvermə deyə bir şey olmayıb. Kiçik bir qrup qeyri-inklüziv və qeyri-demokratik şəkildə qərarlar verib.
Hər bir sosial hadisə mövqelərin aydınlaşması üçün bir imkandır. Bu gün gördük ki, gündüz vaxtı demokratiyadan, azadlıqdan, LGBT haqlarından, qadın haqlarından danışanların həqiqətdə nəyə inandıqları Salaam Cinema dirənişi zamanı ortaya çıxdı. Bütöv ölkədən tutmuş, kiçik və qısa bir zamanda yaranmış icmaya qədər hər bir ictimai quruluş müəyyən sosial müqaviləyə əsasən qurulur. Bizim müqaviləmizdə anti-demokratiya, avtoritarizm, yaltaqlıq yer almır. Kollektiv iradəyə hörmətsizlik edən bir dirəniş bizə lazım deyil. Sizin tarixiniz, bizim tariximiz deyil, sizin mübarizəniz, bizim mübarizəmiz deyil.
Kollektiv İradəyə Qarşı Çıxan İndividualist Kommunistlər
Salaam Cinema dirənişinin ən təəccüblü və ürəkqıran tənqidçiləri arasında özlərini siyasi spektrin sol tərəfində görən bəzi insanlardır.
Salaam Cinema dirənişi son illərin ən təqdirəlayiq dirənişlərindən biridir (bu yazı yazılan vaxt belə görünürdü--red. 14.05.2019). Bir ovuc insanın, daha çox maarifçi sinfinə qoya biləcəyimiz insanların dirənişidir. Niyə bir ovuc olduqlarının səbəbini araşdırmaq başqa bir (beş, on, on beş) yazı mövzusudur, lakin fakt budur ki, burada nadir kollektiv bir şüur özünü biruzə verir. Kollektiv bir dirəniş olduğuna görə də bu hadisə artıq Salaam Cinemanın müdirlərinin mübarizəsi deyil, hamının mübarizəsidir, lidersiz, horizontal, anarxist mübarizə, Salaam Cinema sadəcə bir qurumdur, qorunmalı olan binada yerləşən və çətir rolunu oynayan. Oradakıların nə dediyindən asılı olmayaraq, mübarizənin adı isə neoliberal siyasətə dirənişdir. Belə proseslərin davamlılığınının qorunması və uğurlu olması üçün insanlar ortaq iradədə aktiv iştirak etməli, ona tabe olmalı, kollektiv verilən qərarlarla (əgər ədalətli və demokratik şəkildə verilibsə) razılaşmasalar belə onları icra etməli, etməyəcəklərsə mühitdən ayrılmalıdırlar. Görəsən Salaam Cinemada sözügedən demokratik mühit varmı? Dəstək verən hamının düşüncəsi nəzərə alınırmı? Yoxsa hansısa aktiv altqrupun xoşuna gəlmir deyə mübarizədən kimlərsə kənarlaşdırılır? İnsanlar təşkilatlanıb, iş bölgüsü aparıblarmı? Mediya ilə münasibətlər necə tənzimlənir? Mediyanın klassik gedişini-- etiraza lider istehsal etmə, ad qoyma cəhdlərini (Fransada sarı jiletlilərin etdiyi kimi) necə dəf edəcəklərini bilirlərmi? Kollektiv qərarvermə üçün müvafiq mexanizm hazırlanıbmı? B, C planları qurulurmu? Bu suallara cavabı ancaq oradakı insanlar verə bilər və verməlidirlər də, çünki söhbət hansısa kinoteatrı və ya binanı qorumaq söhbəti deyil, kollektiv bir hərəkət, cavab reaksiyasıdır.
Mənə maraqlı olan orada olub, mövcud kollektiv idarəetmə metoduna uyğunlaşmaq istəməyən insanlardır. Özünü solda görən biri bir həftə bundan əvvəl sosial evlər haqda film göstərən bir kinoteatrla düşmənçilik edərmi? Özünü solda görən, sosialist, kommunist, lap elə anarxist adlandıran biri kinoteatrın, qeyri-formal da olsa ictimai bir məkanın məhvinə göz yumarmı? Salaam Cinema başqa bir yerə köçə bilər, amma tarixi Sovet tarixi ilə yaxından əlaqəli olan neçə yer qalıb bu şəhərdə, onların söküntüsünə göz yummaq olarmı? Sosialist olan bir adam doğurdanmı gözləyir ki, onun istədiyi sorğusuz-sualsız qəbul olunsun? Əgər elədirsə, çox gözləməli olacaqsız, yoldaşlar. Bundan daha fərdiyyətçi yanaşma ola bilərmi?! Bu gün kollektiv qərarvermədə konstruktiv olaraq iştirak edə bilməyən sosiopatlar sabah bizi də QULAQ-lara göndərməsinlər?! Politik cahil adlandırdığınız insanlardan bir az sosial davranış qaydaları öyrənsəniz pis olmazmı, yoldaşlar? Doğurdanmı sizə elə gəlir ki, fərdi şəkildə uydurduğunuz kəskin şüarlar, kollektivin düşündüyü və razılaşdığı həll yolundan üstündür?
Yoldaşlar, demokratiyanın təməli də danışmaq və dinləməkdir. Danışaraq insanlar öz düşüncələrini başqalarına çatdırır, bir-birini siyasi spektrin fərqli tərəflərinə dartırlar, dinləyərək, daxilində suallar yaradır, dinləyərək başqalarının nə düşündüklərini, onların nə istədiklərini başa düşür, danışaraq geniş kütlələrə açılır, dinləyərək ortaq prosesin hissəsi olur, danışaraq maarifçilik, danışaraq aktivizm edirlər, danışaraq dəstək qazanırlar, dinləyərək dəstək verirlər. Bunları demək nə qədər də ağır olsa da, danışa və dinləyə bilməyən insanların etdikləri 30 il eyni şüarları səsləndirməkdən, ora-bura şüar yazmaqdan başqa heç nə olmayacaq. Növbəti mərhələyə keçmək üçün birlikdə işləməyi öyrənməli, bunun üçünsə ilk növbədə bir-birimizlə danışıb, bir-birimizi dinləməyi öyrənməliyik, çünki sivil yolla bir-birimizin düşüncəsinə təsir etməyimizin, bir-birimizdən təsirlənməyin başqa yolu yoxdur.
Sosial güclərin fəaliyyət mexanizminin bir üzü aktivizmdirsə, digəri maarifçilikdir. Əgər bu gün dominant iqtisadi güclər seçki kampanyalarına, lobbiçiliyə milyardlar axıdırsa, onların universitetlərində də maraqlarını təmsil edən kitablar yazılır, TV-lərində maraqlarını təmsil və təbliğ edən kinolar göstərilir, bazarlarında onlara sərfəli mallar satılır. Yəni, proses təkcə siyasi sferada yox, həyatın bütün sahələri üzərindən aparılır. Spektrin sol tərəfində isə gücü yalnız birlikdəliklərində ola biləcək, müflisləşmiş adi insanlar dayanır. Hər bir fraksiya kimi, müflisləşmiş, əlaqələrinə təcavüz olunmuş bu insanların bu mübarizəsi aktivizm və maarifçiliyin uğurlu kombinasiyasından asılıdır, çünki maarifçilik zamanda, aktivizm isə məkanda böyümədir. Bu mövzuda Xəyyam Namazovun "Aktivizm maarifçiliyə qarşı" adlı əntiqə məqaləsi olduğuna görə çox dərinə getməyəcəm. Sadəcə bunu qeyd etmək lazımdır ki, bu gün bu iki cəbhə arasında əlaqələrin yenə də kəskinləşdiyini görürük: aktivist feministlər maarifçi feministlərə elitist, aktivist solçular, maarifçi solçulara əqidəsiz deyir, əvəzində maarifçilər öz qınlarına girib adi insanlara uzanmağa cəhd etmir, eyni 30 nəfər üçün tədbir keçirir, kitab yazıb insanlara çatdırmağa ərinir, aktivistləri dayaz və xor görürlər. Eyni yatağı paylaşmalı olan adamlar bir-birini bıçaqlayır. Doğrudanmı, yoldaş aktivistlər, sizə elə gəlir ki, küçəyə çıxıb bar-bar “Azadlıq! Demokratiya!” bağıranda insanlar sizi dinləyəcək, dəstək verəcək? Doğurdanmı sizə elə gəlir ki, bu gün normal kino görməyən, biologiya dərslikləri olmayan insanlar sizin mübarizənizə qoşulacaqlar? Doğurdanmı, yoldaş maarifçilər, sizə elə gəlir ki, 15 nəfər üçün təşkil etdiyiniz film nümayişləri, Azərbaycanda çəkdiyiniz amma Azərbaycan izləyicisinə göstərmədiyiniz kino hansısa yaraya dərman olacaq? Doğurdanmı qapı-qapı gəzib mədəniyyətinizi insanların ayağına aparmadığınız müddətcə, aktivizm adı ilə insanlara çayxana daydayları səviyyəsində düşünülmüş şüuarlar yox, ciddi araşdırma, düşüncə və mədəni proseslə dəstəklənən düşüncə aparmadığınız müddətcə daim uğursuzluğa məruz qalacağınızı başa düşmək bu qədər çətindir?
Ümidvaram ki, deyil. Ona görə də, hamınızı kollektiv şüurun bir hissəsi olmağa, tarixi binanı qorumağa, Salaam Cinemaya dəstək verməyə, aktiv şəkildə kollektiv prosesdə iştirak etməyə, onun kimlərsə tərəfindən özünküləşdirilməsinə icazə verməməyə, silahdaşlarınıza düşmən münasibəti göstərməməyə, çeynənmiş şüuarlarla yox, yaradıcı bir şəkildə bu mübarizəni qazanmağa dəvət edirəm. Sabah bina sökülsə, daha da vacibi kolektiv iradə əzilsə və ya Salaam Cinema mövcud güclər tərəfindən ğzəlləşdirilib, “YARATlaşdırılacaqsa” bunun bir günahkarı da mövqelərini qorumayan, prosesdə iştirak etməyən sizlər olacaqsınız. Ona görə də, tarixinə sahib çıx yoldaş solçu, onun gələcəyini təyin et, kənarda durma.
Pruitt-İgoe Mifi
Bu gün, 28 Aprel, saat 19:00-da, Salaam Cinema-da tarixi onda iştirak edənlərin dilindən eşitmək imkanı olacaq. Sənədli filmdə Amerikanın St. Louis şəhərində 50-ci illərdə salınmış sosial ev kompleksində yaşamış insanlar oranın əslində necə bir yer olduğunu izah edirlər. Pruitt-İgoe adlanan bu kompleks 70-ci illərdə göstərişli bir şəkildə yankeelər tərəfindən dağıdılmış və bütün dünyaya sosial evlərin işləmədiyini göstərmək üçün propoqanda aləti olaraq istifadə olunmuşdur. Filmdə bu tarixin nə dərəcədə doğru olduğunu, Pruitt-İgoe-nun nəyə görə düşdüyü vəziyyətə düşdüyünü öyrənmək imkanı əldə edirik. Azərbaycanda Sovet dövründə salınmış evlərlə bir çox bənzərlikləri olan bu layihənin tarixçəsi yerli izləyici üçün də maraqlı olmalıdır. Bu gün Sovet binalarının dağılmasını gözləyən, onların təmirinə vəsait ayırmayan hökümət və acgöz tikinti şirkətlərinə qarşı bilgi qalxanı rolunu oynayır bu kino: Bağa baxarsan bağ olar, baxmazsan, dağ. Bağımıza baxmırlarsa, burada Sovet günahkardır yoxsa yuxarıdakılar?
sovet şəhərsalması
Bu gün ingilis dilli ədəbiyyatda Sovet şəhərsalması (və ümumilikdə sovet tarixi) barədə yazan adamlar bu torpaqlarda ciddi araşdırma aparmamış, buranın insanını dinləməmiş, və yaxud müəyyən maraqlara xidmət edən və akademik fərqindəliyi olmayan insanlardır. Bunların arasında öyrəndiklərinə tənqidi yanaşmağı bacarmayan qərblilər üstünlük təşkil etsə də, öz ölkələrində turist kimi yaşayan keçmiş sovet vətəndaşları da var. Təəssüf ki, bu tarix düzgün araşdırılmayınca, mədəni miras incələnib, bərpa olunmadıqca bu ərazilərdəki şəhərlər zorlanmağa, sakinlərin haqları tapdanmağa davam edəcək. Çünki içində yaşadığın məkanın tarixini, tarixdə və müasir dövrdəki yerini və dəyərini bilməyincə kütləvi fərqindəlik olmayacaq. Fərqindəliyin olmaması isə istismara və söküntüyə yol açır. Bu gün İçərişəhərə, neft milyonerlərinin tikdikləri binalara görə verilən reaksiya sabah adi əməkçilərin içlərində insan yaşasın deyə tikdikləri Xruşşovkaları dağıtmaq istəyən adamlara veriləcəkmi, çox maraqlıdır. Hansı tarix bizimdir, neft milyonerlərinin bahalı binalarında həkk olan tarix, yoxsa babalarımızın öz əlləri ilə tikdikləri və bütün baxımsızlığa baxmayaraq ayaqda qalan şəhərlərin tarixi?

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
ictimai mülk
“İctimai mülk” ifadəsi bu gün bizə təzadlı səslənir: “mülkiyyət” bir şeyin yalnız müəyyən şəxsə və yaxud bir qrup şəxsə aid olduğunu göstərirsə, ictimai, yəni hamıya aid olan şey mülk necə ola bilər? Məsələn, Sovet şəhərlərinin həyətləri, geniş ictimai məkanları (yəni, mülkləri) kimə aiddir? İnsanlara? Hamıya? Onları təmsil edən dövlətə? Dövlət insanlara aid olsaydı insanların ictimai mülkiyyətlə əlaqəsi yenə də eyni cür olardımı? Yoxsa ətraf mühitdən və insanlardan yadlaşma bu dəfə hansısa quruma verilmiş səlahiyyətlər yolu ilə aparılacaqdı?
yol, kimin yolu? (1)
- “Yollar bərbad gündədir”, deyir Savalan əmi.
- “Yollar pis gündədir.” deyir Aydan.
Eyni yoldan danışan iki şəxs doğrudanmı eyni yoldan danışır? Biri yolu maşınından, digəri avtobusun içindən görür, biri oturub, o biri ayaqüstədir, biri sahibdir, o biri 30 qəpiklik kirayənişin, birinin təkərləri xarab olur, o birinin onurğası. Doğrudanmı bunlar eyni yoldan danışırlar? Yol nədir: ortaq pulla tikilən, lakin əsasən fərdi maşınların hərəkətinə xidmət edən ərazi, torpaq sahəsi, yoxsa insanları bir yerdən digərinə aparmağı asanlaşdıran ictimai mülk? Yolda getmək hərənin öz işidirmi? Yolu salmaq bəs kimin işidir? Yolu tutmaq niyə bəzilərinə olar, bəzilərinə olmaz? Yolda durmaq Savalan əmiyə olar, bizə yox? Maşın, əmlak sahibi olmaq niyə bəzilərinə ictimai mülkdən daha artıq istifadə etməyə haqq verir? Bəs maşını olmayanların haqqı, vergiləri? A nöqtəsindən B nöqtəsinə getmək doğrudanmı yalnız sənin işindir, Əhməd? Avtobus zolaqları niyə ayrılmır, tramvaylar salınmır, maşın istifadəçisi 15-20%-in eksklüziv istifadəsi üçün təyin olunmuş zolaqlar niyə geri qalan 80-85%-in istifadəsinə açılmır? Niyə zolaqlar azalıb yerini avtobus, velosiped zolaqlarına, səkilərə vermir, əksinə artıb, ortaq ictimai mülkü zəbt edir? Sənin mübarizəndir bu, yeraltı keçidlərə polis yolu ilə soxulan Səkinə xala, sənin mübarizən budur.