
Discoholic 🪩
Jules of Nature
Fai_Ryy
Sade Olutola
sheepfilms
Not today Justin
macklin celebrini has autism
KIROKAZE

Product Placement
occasionally subtle
EXPECTATIONS
Sweet Seals For You, Always
🪼
Aqua Utopia|海の底で記憶を紡ぐ

PR's Tumblrdome
𓃗
Lint Roller? I Barely Know Her
will byers stan first human second
ojovivo
todays bird
seen from United States
seen from Pakistan
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from Iraq
seen from Vietnam

seen from Singapore

seen from Morocco
seen from United States
seen from Germany
seen from Croatia

seen from Malaysia
seen from United States
seen from United Kingdom

seen from France
@radiantrebellion

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
"elə anlar olur ki, bitməmiş belə darıxmağa başlayırsan"
Kaş ki, apteklərdə həsrətə qarşı da bir dərman olsaydı. Amma yoxdur. Əslində, heç ola da bilməzdi. Heç bir kimya qucaqlaşarkən eşitdiyim ürək döyüntüsünü, öpərkən içimə çəkdiyim doğma qoxunu və barmaqlarımın saçlarında itməsini əvəz edə bilməz. Ruhun tək çarəsi yenə də ruhdur.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Özümü heç vaxt bu dünyaya tam aid hiss etməmişəm. Ruhum həmişə başqa bir zaman, başqa bir yer üçün darıxıb. Amma nə qədər düşünürəmsə düşünüm, nə olduğunu və harada olduğunu tapa bilmirəm. Qəribə, izaholunmaz bir kədər çökür içimə. Sanki yaşamadığım bir zamanı xatırlayıram, getmədiyim bir yer üçün darıxıram. İnsanların arasında olsam belə, içimdə əsla keçməyən bir təklik qalır. Sanki ruhum bu həyata gecikib, ya da aid olduğu yeri yolda itirib.
Qismətdə Moroccolularla yallı getmək də var imiş.
Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül açdı,
Bağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral saçın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək
görmədim.
Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
ayırsın bizi?
Rəsul Rza
Biz indi eyni anda, iki tam fərqli səfərə çıxırıq. Eyni zaman kəsiyində, iki fərqli dünyada, bir-birimizdən uzaqda iki böyük imtahan başlayır bizim üçün. Yollarımızın eyni anda bu qədər fərqli istiqamətlərə ayrılması və aradakı məsafə içimdəki qorxunu daha da böyüdür. Həm özüm üçün həyəcanlanıram, həm onun üçün darıxıram, həm də gələcək günlərin gətirəcəyi qeyri-müəyyənliyin qarşısında aciz qalıram.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Aylar sonranı düşünüb indidən kədərlənmək qəribə bir hissdir.
Kədərlənmək səbəbim necə də tez gəldi çatdı.
Elə bilirəm, gələn həftə yenə görüşəcəyik.
Bəzən içimdə elə bir düyün olur ki, onu nə ən yaxınıma izah edə bilirəm, nə də özüm tam anlaya bilirəm. Sonra təsadüfən yüz il əvvəl yazılmış bircə misra qarşıma çıxır və hər şey yerinə oturur. Qəribə bir rahatlıq tapıram ki, deməli, bu qarışıqlığı, bu tənhalığı dünyada tək mən yaşamırammış. Zaman keçir, şəhərlər, geyimlər, danışdığımız dilin forması dəyişir, amma insan ruhunun axtarışı eyni qalır. Əsrlər əvvəl yaşamış şairlərin yazdıqları da əslində elə bizim bu gün özümüzə verə bilmədiyimiz sualların cavablarıdır.
Məsələn, elə bu günün insan münasibətlərini götürək. İndi hər kəsə bircə toxunuşla çata bilirik, sosial şəbəkələrdə yüzlərlə dostumuz var, amma günün sonunda hamımız yenə də həqiqətən başa düşülməyə ehtiyac duyuruq. Bəzən də sadəcə tənhalıqdan qaçmaq üçün kimisə həyatımıza daxil edirik və o bağ tez qırılanda təəccüblənirik. Füzuli düz 5 əsr əvvəldən bu hissi bizimlə bölüşüb:
"Canı kim cananı üçün sevsə cananın sevər,
Canı üçün kim ki cananın sevər canın sevər."
İnsan bəzən qarşı tərəfi sadəcə öz daxili boşluğunu doldurmaq, özünü yaxşı hiss etmək üçün sevir. Bu bir günahlandırma deyil, sadəcə insan psixologiyasının çox təbii bir reallığıdır. Biz sevdiyimiz insanın özündən çox, onun bizə verdiyi "dəyərli olmaq" hissinə bağlanırıq.
Bəzən də ətrafımızda yüzlərlə insan olsa da, özümüzü tamamilə kimsəsiz, anlaşılamayan hiss edirik. Elə bilirik ki, bu, müasir dövrün, sıx qrafiklərin gətirdiyi fərqli bir kədərdir. Amma Seyid Əzim Şirvani bir qəzəlində bircə cümləylə bu hissin dərinliyini ifadə edib:
"Məndəki dərdü qəmi-pünhan bilsəydin əgər,
Eyləyərdin gözümün yaşını dərya, gecələr."
Şairin "pünhan", yəni gizli dərd dediyi şey, əslində bu gün bizim heç kimə göstərə bilmədiyimiz, ekranlar arxasında gizlətdiyimiz gerçək tənhalığımızdır. Biz bəzən sadəcə o gizli tərəfimizi bütövlüklə görəcək, bizi maskasız qəbul edəcək bir nəfərin, səmimi bir dialoqun axtarışında oluruq.
Gün ərzində işdə, dərsdə, sosial mühitdə hamımız müəyyən rollar oynayırıq, üzümüzə görünməyən maskalar taxırıq ki, hər şey qaydasında görünsün. Amma bəzən o çərçivələr insanı elə sıxır ki, hər şeyi buraxıb sadəcə özün olmaq istəyirsən. Klassik poeziyadakı "Məcnun olub çöllərə düşmək" simvolu da məhz bir azadlıq axtarışıdır. Cəmiyyətin gözləntilərindən, qaydalarından uzaqlaşıb öz daxili həqiqətinə qovuşmaqdır. Füzulinin o məşhur misrasını xatırlayaq:
"Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?"
Bu, sadəcə naçar bir aşiqin gileyi deyil. Bu, insanın onu sıxan qəliblərə, dünya nizamına etdiyi daxili, səmimi bir üsyandır. "Mən hər kəsin gözləntisini qarşılayıram, bəs mənim öz ruhum haradadır?" sualı ilə baş-başa qalan hər bir insan, əslində bu misranın içindəki səslə qarşılaşır.
Bəs həyatın daxili nizamsızlığı, hər şeyin üst-üstə gəlməsi və insanın özünü çarəsiz hiss etməsi? Çox vaxt hər şeyi idarə etməyə, hər detala nəzarət etməyə çalışırıq, amma həyat öz bildiyi kimi axır. Belə anlarda insan daxilən bir təslimiyyət, bir sakitlik axtarır. Şah İsmayıl Xətainin bu məşhur misrası elə o yorğun anlarımız üçün yazılıb:
"Nəv fəğan dersən, ey bülbül, sən qəfəs içindəsən,
Mən könül mülkünü verdim, fariğəm hər bəhadən."
Qəfəs içində çabalamaq, əslində bizim gündəlik həyatda özümüzü sıxışdırdığımız çərçivələr, qayğılar və qorxulardır. Xətai isə "könül mülkünü verməklə" hər şeydən fariğ olduğunu, yəni azad olduğunu deyir. Bu, daxili barışıqdır. İnsan hər şeylə savaşmağı dayandıranda, hər şeyi kontrol etmək qayğısından uzaqlaşanda əsl dincliyini tapır.
Bir də heç vaxt bitməyən varlıq sorğulamalarımız var. "Mən niyə buradayam, mənim bu həyatda həqiqi yerim haradır?" İndi bunun adını "ekzistensial böhran" qoymuşuq, amma ruhun bu axtarışı çox qədimdir. Nəsimi özünü və insanı kainatın mərkəzinə qoyaraq yazırdı:
"Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam."
Bu misralar insanın öz daxili potensialını, sonsuz ruhunu kəşf etmək anıdır. Nəsimi deyir ki, sən özünü bu kiçik dünyaya, gündəlik məişət qayğılarına, sənə qoyulan məhdudiyyətlərə sığışdırma, sənin için bir dənizdir. Öz daxili gücünü axtaran, maddiyyatın içində boğulmaq istəməyən hər bir insan bu misrada öz böyüklüyünü xatırlayır.
Klassik sətirləri məktəb divarlarının, ağır terminlərin sıxıcı havasından çıxarıb sadəcə bir insan səsi kimi dinləyəndə hər şey dəyişir. Əlimizdəki imkanlar, həyat ritmimiz nə qədər modernləşsə də, insanın özü ilə baş-başa qaldığı sakit otağın dili həmişə eyni qalır.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Söz verirəm, mən belə olmayacam.
Bir gün bir ailəm, bir yuvam olsa o ev heç kimin nəfəsinin daraldığı, divarlarının insanın üstünə gəldiyi bir yer olmayacaq. İnsan öz evinə qayıtmaq istəməlidir, evindən qaçmaq yox. Uzun bir müddət ana olmaq xəyalı qurmamışdım. Çox qorxurdum, sənə bənzəməkdən, sənin etdiklərini təkrarlamaqdan qorxurdum. Amma yox, mən sənin kimi olmayacam. Əgər bir gün ana olsam, övladım məndən qorxmayacaq. Səhv edəndə, yıxılanda sevgimi itirəcəyindən, gözdən düşəcəyindən vahimələnməyəcək. Biləcək ki, bu dünyada onu hər halı ilə, sadəcə var olduğu üçün sevən biri var. Mənim evimdə qorxu yox, güvən olacaq.
Özümə də qəddar olmayacam. Hər dəfə nəsə alınmayanda, hər büdrəyəndə özümü əzməyəcəm. Başqalarının mənə rəva gördüyü o ağır, yaralayıcı sözlərlə özümü cəzalandırmayacam. Mən özüm-özümə yük, özüm-özümə düşmən olmaq istəmirəm.
Ən kiçik bir uğursuzluğun, bir pis hadisənin bütün günümü, bütün gələcəyimi zəhərləməsinə icazə verməyəcəm. Hər şeyin keçəcəyinə, hər qaranlıq gecənin mütləq bir səhəri olduğuna inanacam. İndiyə qədər məni bəzi uçurumlardan çıxaran saxlayan bəzən sadəcə kiçik bir ümid olub.
Xəyallarımdan da əl çəkməyəcəm. Başqalarının qorxuları, peşmanlıqları, yarımçıq qalmış həyatları mənim gələcəyimin xəritəsi olmayacaq. Heç kimin yolumu kəsməyinə də icazə verməyəcəm, bu şəxs ən yaxınım belə olsa.
Keçmişi geriyə qaytarmaq, olanları dəyişmək mümkün deyil. Amma gələcəyi o keçmişin qaranlıq surətinə çevirməmək mümkündür. Mənim bütün mübarizəm bunun üçündür. Bir gün geriyə baxanda bu çətin, bu ağır günlər mütləq yadıma düşəcək. Mənə haradan başladığımı və nələri dəyişməyi bacardığımı xatırladacaq.
Xoşbəxt olacam. Hər şeyi bu qaranlıqda qoyub çox xoşbəxt olacam.
Sən mənim bu həyatda ən böyük yaramsan, ana.
Söz verirəm, sənin kimi olmayacam.