Xərçəng... bu xəstəliyin daşıyıcısı olan insan ölmüş insandı, baxmayaraq ki canlı görünür hətta nəfəs alırlar. “Lənətli insan” dedikləri məhz bu insanlardır. Çünki canlarına düşən lənətdən xilas ola bilmirlər. Yavaş-yavaş tökülməkdə olan saçları və qaşları, qısa müddət ərzində keçəlləşir. Gülməli görünüş yaransa da heç də gülməli deyil. Ümid dolu gözlərlə sənə baxıb soruşurlar “mən öləcəm?”. Şair deyir “insan öləcəyini bilə-bilə necə yaşayar? Ya dəli olar ya da ölümü unudar”. İnsan ölməyə, öləcəyini bilə-bilə yaşamağa öyrəşməyib. Bəlkə də insan öyrəşmədiyi şeylərə görə insandır. Öləcəyini bilir ama yenə də ümidi var. Bir xoş söz, inkar cavabı onu yenidən bir neçə saniyəlik də olsa həyata bağlayar. Bir gözün ağlarkən digər gözünlə gülərək cavab verirsən “yox, ölməyəcəksən, sağalacaqsan və burdan əl-ələ çıxacağıq”. Gözlərinin önündə hər gün qram-qram əriyir, yox olur, bir müddət sonra torpağa qarışıb yox olacaq ama onu həyata bağlamalısan, onun yaşaması üçüm ona ümid verməlisən. Həkim gözlərinin içinə baxıb “artıq ölür, az qalıb” deyir. Küncdə keçib ağlayırsan, sonra göz yaşını silib içəri keçirsən “nə olub” deyə soruşduqda hər şeyin yaxşı olduğunu, narahat olacaq heçnə olmadığını deyil, heçnə bildirməməyə çalışırsan. Və nəhayət son günlər yetişir. Olacaqlardan xəbərdardı, artıq bilir ki öləcək. Yalvaran baxışlarla, yaşlı gözləri ilə sənə baxır titrək dodaqları ilə deyir “qoyma da mən ölüm”. Hərçənd ki heçnə edə bilmirsən. Özünü sıxıb dik durmağa çalışırsan. Onun görmədiyi, tək qaldığın yerlərdə, xəstəxana kolidorlarında ağlayırsan ama onu gördükdə heçnə olmamış kimi gülürsən. Ona son dəfə bildiyi şeyi, gülməyi xatırladırsan. Ölən bir dəfə, qalan min dəfə ölür. Həm də hər gün ölür. İnsan acgözdür. Sahib olduqlarımızdan daha artığını istəyirik. Əldə etdikdən sonra daha artığını istəyir və əldə edirik. Ancaq xərçəng xəstəliyinə tutulan adamın bir tək istəyi var; xəstəliklərinə qalib gəlmək. Onun nə bahalı maşına, nə çoxlu pula, nə də yeni çıxan telefona ehtiyacı var. Onun yaşamaq deyilən möcüzə ehtiyacı var. Hər kəs kimi ailəsinə, övladlarına ehtiyacı var. #bəzəksiz #bezeksiz #onkologiya #kanser #xercheng https://www.instagram.com/p/BztQdLAHHhv/?igshid=m4gkrgahxvj













