Imam Rza (ə.s.) bir gün ailə üzvlərindən birinin qəbrinin yanından keçərkən əlini qəbrin üzərinə qoyaraq belə dedi: “İlahi! Sənin qüdrətin aşkardır, heç bir zaman zəifləməmişdir. Varlıqlar Səni tanımamış və (bu halda) Səni tərifləməyə cəhd etmişlər. Halbuki bu şəkildə Səni vəsf etmələri rübubiyyət inancına ziddir. İlahi! Mən Səni məxluqlarına bənzədərək tanımaq istəyənlərdən uzağam. Sənin heç bir tayın və bənzərin yoxdur. Onlar (bu məntiq və mərifətlə) heç bir zaman Səni dərk edə bilməyəcəklər. Əgər Səni məxluqlarınla tanımaq istəsələr, onlara vermiş olduğun zahiri nemətlər Səni tanımaları üçün kafl dəlildir. Ey Rəbbim! Onlar Səni tammaqda ifrata getdilər, Səni məxluqlunla eyni gördülər və buna görə Səni tanıya bilmədilər. Sənin əvəzinə bəzi əlamət və nişanələrini özlərinə rəbb etdilər. Beləcə Səni səhv səciyyələndirdilər. Ey Rəbbim! Halbuki Sən, təşbeh əhlinin səciyyələndirdikləri şeylərdən çox daha ucasan”.
İmam Rzanın (ə) hədis çeşməsi kitabından














