I Quran vəhy olunandan indiyə qədər uydurulan ən böyük yalanlardan biri də üz qırxmaq məsələsidir. Əsrlərlə insanların beyninə yeridiblər ki, saqqalı kəsmək, üzü təraş etmək haramdır. Amma buna aid Qurandan bircə ayə də sübut gətirə bilməzlər. Quranda saqqal saxlamağa aid heç bir əmr yoxdur. Belə bir ayə var: Taha 94 “Ey anam balası, saçımdan-saqqalımdan yapışma. Mən gerçəkdən qorxurdum İsrail oğullarının arasına ayrılıq saldın, sözümə baxmadın deyəcəksən”-dedi Harun. Yeganə saqqal sözünün keçdiyi ayə. Demək burada əgər yapışmaq varsa, onda onların saqqalı olub və deməli saqqal saxlamaq vacibdir, təraş edilməsi isə haramdır. Halaldır! Əsl “beyin fırtınası”. Tarixdən biraz xəbəri olan adam bilir ki, Quran vəhy olunan dönəmdə müsəlmanların da, kafirlərin də, xristianların da, yəhudilərin də geyimi, saqqalı, xarici görkəmi demək olar ki, eyni olub. Ərəb mədəniyyətini yaymağa çalışan qüvvələr din adı ilə belə adətləri insanlara aşılamışlar. “Quran oxuduqları halda təraş olanları öldürün” (4816-Buxari, Müslim, Muvatta, Nəsai, Əbu Davud). Quranı bilən adam, bu hədisi oxuyanda uydurma olduğunu o dəqiqə anlayır. Quranın heç bir yerində Allah saqqala aid hökm verməyib. Saqqal kəsməyin haram olması məzhəblərə yəhudilikdən keçib. Yəhudilərdən hər şeyi köçürdükləri kimi, bunu da olduğu kimi götürüblər. Başınızın yan tərəfindəki saçları kəsməyəcək, saqqalınızın kənarlarına toxunmayacaqsınız. (Tövrat, Levililər 19:27) Bundan başqa yəhudi “elmihal”-ı olan “Şulhan Aruh” kitabında ülgüclə (jiletlə) üz qırxmaq qadağan olunub. Necə də tanış səhnədir! Qurandan ayələri verərək bu hökmlərin batil olmasını göstərəcəm. Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. (Maidə surəsi, 32) Bəhanə edirlər ki, bu ayə yəhudilərə aiddir. Allah elə yəhudiləri misal çəkməklə bizə örnək verir. Yəni bu ayə bütün insanlığa aiddir. Burada mömin, kafir ayrımı edilməyib. Əgər bir şəxs fitnə-fəsad törədən deyilsə, o kafir də olsa onu öldürmək olmaz. Bunlar isə müsəlmanı saqqala görə öldürmək istəyirlər. (ardı rəydə) #təraş #traş #saqqal #sakal #bidat #saxta https://www.instagram.com/p/Cfg1ObBMu00/?igshid=NGJjMDIxMWI=












