DERMATOSKOPİYA-dərinin müayinə üsuludur.Bu müayinə həkim dermatoloq tərəfindən DERMATOSKOP adlanan cihaz vasıtəsi ilə aparılır.Müayinə ağrısızdır.Dəriyə xüsusi məhlul və ya gel cekilir,sonra aparatla həmin nahiyyəyə baxılır. Dermatoskopiya nəticəsində dəridə olan bütün elementlərə baxmaq mümkündür.Klassik dermatoskopiyada dəridə olan bəd və ya xoş xassəli törəmələrin,xalların müayinəsindən ibarətdir.Həmçinin dermatoskopla tüklərdə və tük dibində olan deyişiklikləri ( trixoskopiya),dərinin iltihab xəstəliklərini (inflamoskopiya),dərinin parazitar xəstəliklərini (entomodermatoskopiya),dəri kapilyarlarını (kapilaroskopiya),sinir mənşəli dəri xəstəliklərini (psixodermatoskopiya),dəri prosedurlarının sonrakı effektivliyinin qiymətləndirilməsii və s. müayinə etmək olur. Ən asası ,Dermatoskopiya vasitəsi ilə dəri xərçəngini çox ilkin mərhələdə aşkar edərək insanların həyatını qurtarmaq mümkündür. Bütün dəri elementləri ( xal,bazalioma,yasti hüceyrəli dəri xərçəngi,ziyil,papillomlar,keratoakantomalar,seboreya keratozları və s.) hər hansı bir yol ilə ( lazer,koaqulyator,plazma,cerrahi və s.)götürülməzdən əvvəl hökmən DERMATOSKOPİYA olunmalıdır! #dermatoskopiya #dermlite #dermatoskop #dermatoskopiyaazerbaycan #dermatoskopiyabaku #dermoscopy #dermatokosmetolog #drshahinbedelovundermatoskopiyası #müayinə #Dəri #dərixərçəngi #dr.shahinbadalov # https://www.instagram.com/p/B10ypHWB_q4/?igshid=1kldxzx95029c