“Üzdünüz bəylər”
Yoldaş niyə ucuz tutdular bu sevgini? Dollar qalxdı,maşınların qiyməti,evlərin qiyməti qalxdı amma sevgi ucuzlaşdı. Günahın kimdə olduğunu axtaranda məhz ağıla “kişi” gəlir. Üzdünüz bəylər bu xanımları. Onlar sizdən çox şeymi istədilər? Dedilər sev məni,qoru məni bəsdir. Səninlə hər şeyə razı olaram. Biz neynədik,bezdik guya. Maraqsız gəldi onunla həyat. Başqa maraqlar axtardıq,amma anlamadıq ki,o başqa maraq hansısa həmcinsin maraqsız bilib yolladığıdır. O da qurbandır yəni. Yoldaş, razılaşsan da,razılaşmasan da biz çox yazıq varlığıq. Elə bilirsən peşman olamyacıq? Əlbəttə olacıq,amma gec olacaq və o əclaf qürurumuz imkan verməyəcək geri addım atmağa. Biz yenə də mələk qatili olacağıq. Hələ bir sözümüz də var çox gülməli olan: “Bu onun üçün ən yaxşısıdır” deyə. Ay kişi,sən hardan bilirsən bunu? Soruşdunmu ki,belə olsa yaxşı olarmı? Hansı gül dəriləndən 3ay sonra daha yaxşı qalır? “Sən mənimlə xoşbəxt olmayacaqsan” dedi kişi,yoxlamamış. Ortada isə böyük bir “NİYƏ” sualı qalır. Niyə onda başladın,niyə onda aldatdın,niyə yuxarı qaldırıb əlinlə yıxdın məni?
Kişilər dəmir kimidir,əyilir amma yenidən düzəlir.Qadınlar isə poladdır,sınır və bərpa olmur.
Bu həyatda ən acınacaqlı hal bilirsən nədir,yoldaş? Birini kumir edərsən özünə,kaş mən də belə olardım deyərsən,birdə baxarsan ki,dünyanın ən yazıq insanıdır.Böyük ürəyində damcı da olsa sevgisi yoxdur.Sevsəydi bu suallara cavab elə sevginin özü olardı.









