Look up!
seen from China

seen from Netherlands
seen from United Kingdom
seen from Kazakhstan
seen from Latvia
seen from United States
seen from United States
seen from India
seen from United States
seen from United States
seen from China
seen from China
seen from Spain
seen from United States
seen from Algeria
seen from United States

seen from United States

seen from United States

seen from United States
seen from China
Look up!

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Rodin, Brankuzi və "Öpüş"
Avqust Rodinin (August Rodin) məşhur “The Kiss” (“Öpüş”) heykəlini bilməyən, sevməyən yoxdur. Bilməyənlər üçün: aşağıdakı şəkildə olan heykəldir. Nə vaxt bu heykəli görsəm, “allahın daşına bu qədər enerjini necə yükləyib” deyirəm. Kişinin əlinin yeri, qoruyucu və “sahib olmaq istəyən”vəziyyəti; qadının zərafətlə azca əyilməsi, aralarındakı həssas, dərin amma bir o qədər də elektrikli təmas..
Bu öpüşmə mövzusunu Rodindən başqa işləyənlər də oldu. Bu yazıda daha az məşhur olan başqa bir versiyasından danışacam: Konstantin Brankuzinin (Constantin Brâncuşi) “The Kiss” adlı heykəlindən. Heykəl haqqında danışmadan əvvəl, bir az (bir az deyəndə ki, 3-4 paraqraf) Brankuzidən danışmaq lazımdır.
2 il əvvəl Rumıniyaya gedəndə Brankuzinin 1-2 heykəlini gördüm, indiyə kimi gördüyüm heykəllərdən fərqlənirdi deyə maraqlanmağa başladım. Konstantin Brankuzi 1876-1957-ci illər arasında yaşamış Rumıniyalı bir heykəltəraş, bir sənət adamıdır. Həyatının böyük bir hissəsini emalatxanasında ya heykəl yaradaraq, ya da əvvəlki heykəllərinin kopyasını yaradaraq keçirib. Rodin kimi bir neçə assistent ilə işləmirdi, əlində sumbatası ilə günlərlə bir heykəldəki kiçik bir nöqtəni düzəltmək üçün əlləşirdi. Sadə bir keşiş həyatı yaşadı, evində sadəcə 1-2 əşyası var idi, kəndli kimi sadə geyinirdi. Adətən tək yaşayırdı, tək fırlanırdı; ancaq dövrün ziyalılarından və sənətçilərindən Ezra Paund, Pablo Pikasso, Marsel Döşamp, Qiyom Apolliner, Emil Cioran kimi dostları da var idi. Həyatında da – heykəllərindəki kimi – müvəqqəti olanın deyil, daimi olanın axtarışında idi.
Bir dəfə 2 dostumla “bir əsəri başa düşmədiyimiz halda, onu sevmə, zövq alma” haqqında söhbət edirdik. Bəzən elə şe’r, hekayə və s. olur ki, başa düşmürsən; ancaq necəsə xoşuna gəlir. Brankuzinin heykəllərini də başa düşmək çətindi, ancaq nə olduğunu başa düşməsəniz də, fiqurları sizə qəribə şəkildə dərinlərdən, hardansa tanış gəlir. Heykəllərində şeylərin qayəsini, formasını, “ideya”sını axtarır. Bu kontekstdə Platondan dərin təsirlənib. Həyatın ən fundamental suallarından birini, Afinanın başağrısını xatırlayaq: dəyişən şeylərin dəyişməyən, sabit qalan, əbədi tərəfi varmı? Məsələn, mən ildən-ilə dəyişirəm, amma bütün bu dəyişikliklərə baxmayaraq; əsl nüvə “mən” varmı? Belə bir şey yoxdursa batdıq, mən deyilən şey yoxdur. Bəs varsa, o nədir və necə olur ki, bu görünən dəyişikliklər ona təsir etmir? Bu “mən” söhbəti qarışıq söhbətdi, daha maddi bir şeyə baxaq – Afinalıların elədiyi kimi. Məsələn, dünyada minlərlə quş növü var, hamısı bir-birindən fərqlidir, bütün quşları “quş” deyə adlandıra biləcəyimiz ortaq məxrəc varmı? Bu qədər bir-birindən fərqli quşun hamısına, nəyə görə, kimə görə quş deyirik? Ya da maşın, ya da ağac; ağlınıza gələn hansısa bir əşyanı düşünün. Asan kimi görünür, ancaq haqqında düşündükcə dərinləşən sualdır. Sokratın bu suala cavabı məlumdur. Asan dillə desək, deyib ki, “biz quş muş deyə danışırıq, amma quşun nə olduğu haqqında bir zibil bilmirik. ‘Quşun tərifini de görüm’ desəm, kəm-küm edəcəksən, 2 dəqiqənin içində öz təriflərinin içində qarışıb qalacaqsan. Onu keçdim, biz bir zibil bilmədiyimizi də bilmirik.”
Ancaq Platon Afinalıları belə bədbin cavabla tək qoymur, onun da cavabı məlumdur. Platon da deyir ki, “bütün quşları ‘quş’ deyə adlandırmağımızın səbəbi, onun ‘forma’sı və ‘ideya’sıdır. Bizim dünyamızın xaricində, bir də platonik ‘forma’lar dünyası var. Dünyadakı şeylər bu ‘forma’ların və ‘ideya’ların mükəmməl olmayan surətləridir; hamısı bu ‘forma’ya bir az oxşayır, ancaq heç biri o platonik dünyadakı deyil.”
Bu nöqtədə bir də şərq fəlsəfəsi haşiyəsi çıxmaq lazımdır. Budda da eyni çıxılmaz vəziyyətlə qarşılaşır, Platonun tam tərsi cavabı verir:
- Budda sən bilərsən, həmişə dəyişən bu qədər fərqli quşun nəyinə “quş” deyirik? Belə bir şey var ümumiyyətlə?
- Yoxdu.
- Bəs belə dəyişməyən bir “quş” yoxdursa, onda quşlar hara gedir, nolur quşlara?
- Quş da yoxdu. O, yaratdığın illüziyadı.
- !?!?!?
Təbii ki, Budda “İstanbul boğazında simit atdığınız qağayılar yoxdur” demir; “sənin beynində yaratdığın ‘qağayı’ kateqoriyası yoxdur” deyir. Ya da quş, maşın, ağac kateqoriyaları. Dünyanı kateqoriyalara bölüb, sonra da bu kateqoriyaların həqiqətən olduğuna inanmaq beyninin yaratdığı illüziyadır. Bu, Afrika qitəsini xətkeşlə ölkələrə ayırıb, sonra da bu sərhədlərin həqiqətən var olduğuna inanmağa oxşayır. Təbii ki, maddi nələrsə var orada; ancaq Sudanı “Sudan” adlandırmaq üçün xüsusi bir şey yoxdur. Sabah-birigün başqa biri, başqa cür ayırıb, adını da “Mudan” qoya bilər. Platondan sonra, şərq fəlsəfəsi ilə qərb fəlsəfəsi beləcə biri-birindən əks nöqtələrə doğru gedirlər. Birisi, ‘forma’ların, ‘ideya’ların, məfhumların varlığına inanır; digəri “bunlar yalandır, heç nə əbədi deyil” deyir. Emmanuel Kanta qədər qərb fəlsəfəsi bu illüziya ilə yaşayır.
Nə isə, biz Brankuziyə və onun Platon ‘ideya’ları axtarışına qayıdaq. Brankuzi də “bütün quşların ortaq məxrəci nədir? Nəyə görə onlara quş deyirik?” sualı ilə başlayıb, quş ‘forma’sının – riyaziyyat dili ilə desək – zəruri və kafi şərtlərini, elementlərini tapmağa çalışır. Hansısa bir quşun bu ‘forma’ya sahib ola bilməyəcəyi aşkardır; ona görə də heykəl hansısa bir quşa bənzəməməlidir. Bu nöqtədə, Brankuzi zəruri olaraq abstraksiyaya (təcridetmə) gedir. Bütün quşlara aid olan xüsusiyyətləri bir-bir sumbatalamağa başlayır; qanadlar, dimdiklər, ayaqlar, gözlər və s. Tək-tək azaltmağa başlayır, ancaq hardasa dayanmalıdır. Fiqurada, heykəldə quşa aid “nəsə” qalmalıdır. Brankuzinin dayandığı nöqtə aşağıdadır; bilmirəm, görəsən “bu quşun ‘forma’sıdır” deməsəydim, başa düşə bilərdinizmi? Ancaq mənə həqiqətən də quşu xatırladan nəsə bir şey varmış kimi gəlir, nə olduğunu tam aydınlaşdıra bilməsəm də..
Gələk əsas heykəlimizə: Brankuzinin, Rodinin eyniadlı əsərindən ilham alaraq yaratdığı “The Kiss” heykəlinə. Rodinin heykəlini görmüş adəm övladı, Brankuzinin əsərini görəndə birdən çaşıb qalır. Romantizm, erotizm, estetizm, əzəmətli duyğular gedib.Qadın bədəninin femininliyi və kişi bədəninin maskulinliyindən əsər-əlamət qalmayıb. Anın elektriki, enerjisi də yoxdur. Hər şey sərt, qatı və möhkəmdir. Künc xəttləri yuvarlaqlanmış, dörbucaqlı prizma formasında birləşmiş, insanabənzər 2 şey var bu heykəldə. Qolları bir-birinə dolanıb və birləşikdir, bədənlərini bir xətt ayırmaqdadır. Gözlər simmetrik, saçlar olduqca oxşar, dodaqlar bir-birinə sıxılmış vəziyyətdədir. Qollardan birinin altındakı balaca yumruluq, qadını kişidən ayırd etməyə imkan verir.
Lakin Brankuzinin platonist köklərini bilib, bir az eşələdikdən sonra, heykəl öz mənasını qazanmağa başlayır. Platonun “Simpoziya” (“Symposium”) adlı əsərində, Afinanın “bomba oğlanlar”ı içir və eşq haqqında çıxış edirlər. Əsərdəki çıxışlardan ən maraqlısı, Aristofanın eşqin tarixini danışdığı çıxışdır:
Əvvəllər insanlar dörd qollu, dörd ayaqlı, hermafrodit və həddindən artıq güclü məxluqlarmış. Özlərinə bəs etdikləri üçün ifrat dərəcədə azğınlıqlar edirlər və tanrıları şərəfləndirməyi yaddan çıxarırlar. Bir gün tanrılar buna hirslənirlər və insanları ortadan ikiyə bölürlər: bir tərəf kişi, bir tərəf qadın olur. Ortadan ikiyə bölünən parçalar bir-birilərini qucaqlayırlar. Parçalar hərəkət etmirlər, eləcə bir-birilərinə dolanmış vəziyyətdə, “bir-birimizi itirməyək” fikri ilə qoyun kimi məlun-məlun baxırlar. Tanrılar görürlər ki, belə də əmələ gəlməyəcək; bunları dünyanın fərqli yerlərinə yayırlar. Deyirlər bir az ətalətsizlik olsun dünyada, hərəkət olsun, camaat axtarsın elə bütün günü. O gündən bəri, yarım qalan hissələr, tamamlanmaq üçün o biri yarılarını axtarırmış. Digər yarısını tapıb, bütün olmağa “eşq” deyilirmiş.
Brankuzinin heykəli də, tam olaraq bu tamamlanmışlığı təsvir edir. 2 dənə yarımın birləşib, bir tam olmağını. Bütün olanda, o biri fərqləndirici xüsusiyyətlər silinir və 2 yarımdan əmələ gəlmiş, ancaq yarımların cəmindən fərqli bir ‘forma’ ortaya çıxır. Bunun üstünə, Brankuzinin abstraksiya yolu ilə şeyin ‘forma’sına, ‘ideya’sına çatma cəhdini də əlavə edəndə ortaya bu öpüşün və eşqin ‘forma’sı olan heykəl çıxır. Qadına və kişiyə aid bütün lazımi detalların, eşqin içində əridiyi, heç bir qadına və kişiyə oxşamayan, heç birimizin eşqi və öpüşü olmayan – ancaq içində hamımızın eşqlərindən və öpüşlərindən də “nəsə” olan bir heykəl.
Yaxşı deyib, yaxşı biri: “daha az, daha çoxdur”