Zamanla nələr dəyişir.
Hardasa 7 aydır başqa ölkədə yaşadığımın fərqinə indi vardım.
Çoxdan bitirməli olduğum təlimə axırıncı dəfə fevralda baxdığıma səhər fikir verdim. Halbuki o qədər uzun müddət keçmiş kimi hiss etməmişdim.
5 aydır lazımi işlərimi yola verirəm və heç nə öyrənmirəm, oxumuram, baxmıram. Sanki bir köşədə oturub vaxtın ötməsini gözləyirəm, deadline-lar gələndə hiss edirəm ki, xeyli vaxt keçib. Heç nə etməyəndə vaxtın ötdüyünü də hiss etmir insan. Məşhur animasiyada yoldan keçən maşınları saymaq oyunu oynayırdılar, bəlkə vaxtın necə keçdiyini hiss etmək üçün mən də ötən maşınları saymalıyam. Ötən maşınlar, fürsətlər, insanlar. Geri qayıtmayan zaman. Neçə aydır sanki nəsə gələcək və məni tərpədəcək deyə gözləyirəm. Hər dəfə yerimdən qalxıb "bax bu o məni tərpəcədək təkandır" deyə düşünürəm. Amma elə olmur. Daha əvvəllərdə də belə çökdüyüm vaxtlar, sonradan sürətlə qalxdığım olurdu, amma deyəsən indi elə qalxış olmayacaq. Əlimdəki bu fürsətləri belə ziyan etdiyimə görə özümə yazığım gəlir.
Yaşamaq vərdişdir, deyəsən mən bunu tərgitmişəm və artıq yenidən öyrənə bilmirəm.








