Ünsiyyətin əvvəlində hamı maska taxır.Hamı özünü olduğundan daha yaxşı göstərir. Daha mehriban, daha qayğıkeş, daha səbirli, daha "ideal". Sonra da hamı sevgidən, dürüstlükdən danışır. Əngülməlisi isə budur ki, çoxları "mənə xarici görünüş önəmli deyil, daxili gözəllik vacibdir" deyir.Yalandır. Əksəriyyət əvvəlcə üzə baxır, sonra qəlbə. Əvvəl görünüşə baxır, sonra xarakterǝ. Boyuna, çəkinə, gözəlliyinə, puluna, statusuna...Və bunda problem yoxdur. İnsan bəyəndiyini seçməkdə azaddır. Problem odur ki, siz də seçilmək üçün olmadığınız biri olursunuz. Bəyəndiyiniz insan sizi yox, oynadığınız rolu sevsin deyə yaşayır, özünüzü olduğunuzdan fərqli göstərirsiniz. Sonra isə maska düşür. Həmişə düşür. Və o gün gələndə qarşındakı insan anlayır ki, tanıdığı adamla qarşısındakı adam eyni deyil.Ən pis yalan da budur. Çünki siz sadəcə yalan danışmırsınız, kiminsə vaxtını oğurlayırsınız.Kiminsə hisslərini oğurlayırsınız. Kiminsə inamını öldürürsünüz. Bir insanı aldatmaq təkcə ona yalan demək deyil. Özünü başqa biri kimi təqdim edib onu özünə bağlamaq, sonra isə həqiqi üzünü göstərmək xəyanətin ən qorxaq formasıdır. Ona görə də özünüz olun. Pis insansınızsa, pis olun. Əsəbisinizsə, əsəbi olun.Qüsurlusunuzsa, qüsurlu olun.Amma saxta olmayın. Çünki saxta mükəmməlliklə qazanılan sevgi,həqiqət ortaya çıxan kimi ölür. Və unutmayın: Səni olduğun kimi qəbul etməyən biri üçün özünü dəyişməyə dəyməz. Bu dünyada mütləq bir "dəli" tapılacaq ki, sənin maskanı yox,yaralarını sevəcək. Sənin rolunu yox, həqiqətini sevəcək.











