Qəlbim yaman darıxır, şair ürəyi kimi
Qələm hərdən dillənir, çoban tütəyi kimi.
Olub şeirimə mehman bir dəfə yad et, axı
Sənçün zəhmət çəkmişəm ata əməyi kimi.
Günah bizdədi yəqin, biz şairlər beləyik
Vəsf edirik şeytanı cənnət mələyi kimi.
Ailədə altı nəfər, hərəmizin öz yeri
Yalnız anam görünür evin bəzəyi kimi.
Evlərdə ataların quru nəfəsi bəsdi,
Çəkdikləri görünmür qapı dirəyi kimi.
Oğul, halal qazanmaq Allahın bir lütfüdü
Sözdən, qiymət salıb halal çörəyi kimi?
Bu dünyanın əzəldən mərdlər ilə qəsdi var,
Mərdiməzarlar dönər çərxin fələyi kimi.
Bizim milli mətbəxin padişahı dolmadı,
İranın şirniyyatı, Türkün börəyi kimi.
Meyxanənin izahın Axund Azər demişdi,
Niyə bizi görürlər küçə süləyi kimi..
Adı ağlımda əsir, yolumu hicran kəsir
Qəlbimdə nəsə əsir, kədər küləyi kimi.