Qızım Leyla Mirzaliyeva 5 - 15 noyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatında 10 yaşlı qızların yarışında 9 oyundan 7 xal toplamaqla üçüncü yeri tutdu və bürünc medala layiq görüldü. Son turlara qədər on sırada olmağımıza baxmayaraq, ilk beynəlxalq yarış həyacanı və təcrübəsizliyi çempion olmağımıza mane oldu. Turnir çox maraqlı və rəqabətli keçdi. Qrupdakı rəqiblırimizin böyük əksəriyyəti sentyabr ayında Gürcüstanda keçirilən şahmat üzrə Dünya Çempionatının iştirakçısı olsada Leylanın özünə inamı tam idi və nəticə göz qabağındadır. İlk öncə Leylanın uğurunda ən böyük zəhməti olan məşqçimiz Rəşad Həsənova öz dərin minnətdarlığımızı bildiririk! Həmçinin, on gün ərzində bizimlə bərabər sevinən, həyacanlanan, heyfislənən, bizə mənəvi dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk! Leylanı təbrik edir, yeni - yeni qələbələr arzulayıram! Uğurların bol olsun qızım! Daima zirvələrdə! 🏆🥇🇦🇿 #Azerbaijan #Turkiye #Chess #Şahmat #Satranc #ECU #ChessAzerbaijan #AŞF https://www.instagram.com/p/ClDC6AbDX5a/?igshid=NGJjMDIxMWI=