Ana südü tərkibindəki balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər) olmasına görə körpələrin boyümə və inkişafı üçün ideal qidadır. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir. Ana südünün bütün komponentlərinin tərkibi və nisbəti körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir. Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir. Nə keyfiyyətinə, nə də balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri tam təkrarlamaq mümkün deyil. Ana südünün tərkibində olan immunoqlobulinlər immuniteti, həmçinin bağırsağın selikli qişasının səthi boyu yerləşərək yerli immuniteti təmin edir. Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südü demək olar ki, həyatlarının mühafizəsini təmin edir. Bu uşaqlar üçün ana südünün əsas üstünlüyü onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir. #labaratoriya #ginekoloq #fizioterapevt #USM #ultra #ses #muayinesi #qastraskapiya #androloq #lor #pediatr #oftalmoloqmototov #aftalmoloq #peyvend #revmatoloq #revmotoloq #endokrinoloq #ekk #eqq #eqk #qastroenteroloq #hepatoloq #pullmonoloq #terapevt #allerqoloq #allerji #mehemmed #hadi #mehemmedhadikuchesi (AYS MED) https://www.instagram.com/p/B38vfvwAbGm/?igshid=gznj691m0huc