Kainatımızı, içində yerləşdiyimiz Südyolu qalaktikasını, Günəş sistemimizi və üzərində yaşadığımız Yer planetini əhatə edən çoxsaylı qanun, tarazlıq və ölçü var. Bunların hər biri insan həyatına imkan verəcək şəkildə xüsusi hesablanıb və nizamlanıb.
Əslində, kainatda bəşər övladının mövcud olması, həyatını davam etdirməsi üçün, lazım olan şərtlərin hər biri, "ayrı-ayrılıqda" möcüzə xüsusiyyətindədir. Lazım olan milyonlarla şərtin bir yerdə tam cəmlənməsi isə, ucsuz-bucaqsız "möcüzələr zənciri" meydana gətirir. Bir şeyin möcüzə olması isə, əlbəttə, onun Uca Allah dərgahından gəldiyinin dəlilidir. Hər guşəsi ayrı bir möcüzə olan kainat da, çox aydındır ki, onu bənzərsiz elm, qüdrət və sənətlə yaradan uca Allahın əsəridir.
#kainat#qalaktika#təfəkkür#həyat#harunyahya













